SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4438_d-hs-tli-q-tlin-t-f-rruati-gozd-n-lili-oldur-nl-ba

HADİSƏ

Hamısı

Dəhşətli qətlin təfərrüatı: gözdən əlili öldürənlə bağlı qərar verildi

(2 Yil, 2 Ay öncə) 1,20 B İzlenme 0 Yorum
Dəhşətli qətlin təfərrüatı: gözdən əlili öldürənlə bağlı qərar verildi

ÜMİDTV:       Şəki Apellyasiya Məhkəməsində 1-ci qrup əlili öldürən Orxan Yusiflinin şikayətinə baxılıb.

 Hakim İmanverdi Şükürovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və O.Yusifli barədə hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, O.Yusifli Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

O, xüsusi amansızlıqla, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı quldurluq məqsədilə öldürmə əməllərində təqsirli bilinib.

Hadisə 2020-ci ilin yanvar ayında Şəki şəhərində yerləşən fərdi yaşayış evində baş verib. 1976-cı il təvəllüdlü, 1-ci qrup əlil Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin DTVaşkar olunması barədə məlumat daxil olub. Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Təxirəsalınmaz istintaq tədbirləri ilə hadisənin şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Yusifli tərəfindən törədilməsi müəyyən edilib və o, tutularaq istintaqa cəlb edilib.

İstintaqla müəyyən edilib ki, O.Yusifli gözdən əlil E.Səmədovun Türkiyəyə getmək istəməsi barədə məlumatlı olub. Onun üzərində iki telefon və 3 bank kartı olduğunu bildiyi üçün öldürərək ələ keçirmək istəyib. Bu məqsədlə Eyvazı aldadaraq onu dayısına məxsus tikintisi tam başa çatdırılmamış və yaşayış olmayan evə apararaq ikinci mərtəbədən onu yerə itələyib. Daha sonra qabaqcadan evin ikinci mərtəbəsinə qaldırıb hazır vəziyyətdə qoyduğu 3 ədəd mişar daşını (kubik) onun üzərinə doğru atıb. Məqsədinə tam nail olmaq üçün E.Səmədova çoxsaylı bıçaq zərbələri də vuraraq öldürüb. Daha sonra ona məxsus iki mobil telefon və 3 bank kartını götürərək hadisə yerini tərk edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı