SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4429_az-rbaycanli-aliml-r-m-shur-tibbi-jurnalda-erm-ni-

REGİON

Hamısı

Azərbaycanlı alimlər məşhur tibbi jurnalda erməni feykini ifşa etdilər

(2 Yil, 2 Ay öncə) 987 İzlenme 0 Yorum
Azərbaycanlı alimlər məşhur tibbi jurnalda erməni feykini ifşa etdilər

Azərbaycanlı alimlər “Lancet” elmi-tibbi jurnalında ermənilərin layiqli cavabını verərək onların saxta məlumatlarını ifşa edib və elmi siyasiləşdirməməyə çağırıblar.

Bu barədə jurnaldakı məqaləydə  məlumat verilir.

Xatırladaq ki, daha əvvəl Ayrazat Kazaryan və həmkarları Ermənistanda COVID-19 hadisələrinin sayının artmasının ötən ilin sonlarına doğru Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanaraq müharibə fazasına keçməsi ilə əlaqədar olduğunu bildirmişdilər. Azərbaycanlı alimlər isə öz növbəsində cavab məqaləsində erməni həmkarlarının bəyanatının elmi məlumatları COVID-19 statistikasını və faktları təhrif etmək, mühüm tarixi konteksti diqqətə almamaq yolu ilə siyasiləşdirmək cəhdi olduğunu açıq şəkildə nümayiş etdiriblər.

Azərbaycanlı alimlərin fikrincə, 2020-ci ilin sentyabr ayının əvvəllərindən etibarən qlobal miqyasda COVID-19-a yoluxma hallarının artmasının əsas səbəblərinə daha soyuq hava və daha aşağı rütubət, açıq havada toplanışdan qapalı məkanda görüşlərə keçid, habelə müəssisələrin və məktəblərin açılması aiddir. Hərbi münaqişə pandemiyanı kəskinləşdirsə də, gündəlik yoluxma hallarının sayında kəskin artım münaqişədəki son gərginlikdən əvvəl başlayıb. Belə artım Azərbaycan və Ermənistanla qonşu olan, münaqişədən kənar qalan Gürcüstanda da qeydə alınıb.

Biz Kazaryan və həmkarlarının Ermənistanla Azərbaycan arasındakı münaqişənin tarixi ilə bağlı bəzi açıqlamalarına aydınlıq gətirməyə çalışırıq. Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilmiş və etnik təmizlənməyə məruz qalmış Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir. Ötən əsrin 80-ci illərinin sonlarında münaqişənin başlanmasından bəri 1 milyondan çox etnik azərbaycanlı evlərini tərk edib ki, bu da böyük humanitar fəlakətə səbəb olub. Beynəlxalq vasitəçilərin iştirakı ilə 30 ilə yaxın davam edən danışıqlara baxmayaraq, barışıq əldə olunmayıb.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə (822, 853, 874, 884) Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın bütün regionlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Kazaryan və həmkarları son döyüşlərdə Ermənistan tərəfdən dinc sakinlərin öldüyünü qeyd edirlər. Ancaq onlar Ermənistanın Azərbaycanın münaqişə zonasından xeyli kənarda yerləşən, sıx məskunlaşma olan şəhər və kəndlərinə hücumlar nəticəsində mülki əhali arasında 414 nəfərin yaralandığını və 94 nəfərin öldüyünü nəzərə almırlar.

Bundan əlavə, Ermənistan silahlı qüvvələri ağır artilleriyadan, qadağan edilmiş kasetli döyüş silahlarından və uzaq mənzilli raketlərdən istifadə ediblər. 2020-ci il noyabrın 10-da Ermənistan və Azərbaycan liderləri tərəfindən imzalanan və hərbi əməliyyatların dayandırılmasına, beynəlxalq hüququn bərpasına və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasına başlanılan atəşkəs razılaşmasını alqışlayırıq”, - məqalədə deyilir.

Bundan əlavə, Azərbaycan alimləri səhiyyə işçiləri olaraq onları hamılıqla tanınan insan hüquqları və insan həyatının dəyərinə inamın birləşdirdiyini əlavə ediblər: “Elmi etnosentrik baxışlarla siyasiləşdirmək elmin həyatımıza müsbət təsirini sarsıdır. Hamımızın elmdən siyasi məqsədlər üçün istifadə etmədən sülhü təbliğ etməyə və hərbi münaqişələrin qarşısını almağa çalışması vacibdir”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı