SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4363_milli-m-clis-uzvl-ri-abs-senatorlarinin-cozef-bayd

SİYASƏT

Hamısı

Milli Məclis üzvləri ABŞ senatorlarının Cozef Baydenə məktubu ilə bağlı bəyanat yaydı

(2 Yil, 2 Ay öncə) 1,39 B İzlenme 0 Yorum
Milli Məclis üzvləri ABŞ senatorlarının Cozef Baydenə məktubu ilə bağlı bəyanat yaydı

ÜMİDTV:        Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb.

Milli Məclisdən  verilən məlumata görə, bəyanat 2021-ci il fevralın 9-da ABŞ Senatının bəzi üzvləri tərəfindən Prezident Cozef Baydenə ünvanlanmış məktubla əlaqədar verilib.

 

Belə ki, sözügedən məktuba qol çəkən senatorlar beynəlxalq hüququn verdiyi haqlardan istifadə edərək öz ərazi bütövlüyünü təmin edən, Dağlıq Qarabağ münaqişəsini həll edən Azərbaycana dəstək verdiyi üçün Türkiyəni tənqid edirlər. Olduqca qərəzli əsasda yazılmış məktuba cavab olaraq verilmiş Bəyanatda deyilir:

 

"2021-ci il fevralın 9-da ABŞ Senatının bəzi üzvləri tərəfindən Prezident Cozef Baydenə ünvanlanmış məktub ciddi təəccüb və təəssüfümüzə səbəb oldu. Bununla əlaqədar, Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri olaraq aşağıdakıları bəyan edirik:

 

- Məktuba imza atan ABŞ senatorlarının böyük bir qismi heç vaxt Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə qədər işğal altında saxlayan Ermənistanı işğala son qoymağa çağırmamışlar.

- ABŞ senatorlarının əksəriyyəti işğal nəticəsində Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi, yüz minlərlə insanın öz torpaqlarından qovularaq məcburi köçkünə çevrilməsi, onların insan hüquqlarının kobud şəkildə pozulması, kəndlərin, şəhərlərin, Azərbaycan xalqının qədim və zəngin mədəni irsinin dağıdılması və talan edilməsi ilə bağlı heç vaxt öz narahatçılıqlarını ifadə etməmişlər;

 

- ABŞ senatorlarının bir çoxu Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı qətliamları, müharibə cinayətlərini, xüsusilə bu günlərdə 29 illiyini qeyd edəcəyimiz Xocalı soyqırımını pisləməmişlər;

- Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və Ermənistanın işğalına son qoyulması tələbi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində öz əksini tapmışdır və rəsmi Vaşinqton bütün bu qətnamələrin lehinə səs vermişdir;

 

- Azərbaycan Respublikası beynəlxalq hüquqa uyğun olaraq 44 günlük Vətən Müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etmiş və bununla da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin etmişdir;

- Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq başladılmış sülhə məcburetmə əməliyyatı istisnasız olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılmışdır;

 

- ABŞ senatorlarının öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanı münaqişəni həll etdiyi üçün ittiham etməsi qəbuledilməzdir;

- Bu qəbildən olan bəyanat və açıqlamalar Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə xidmət etmir, əksinə Ermənistanda mövcud olan radikal və revanşist qüvvələri vəziyyəti yenidən gərginləşdirməyə həvəsləndirə bilər;

- Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edərək Azərbaycanın haqlı mübarizəsinə siyasi və mənəvi dəstək verən Türkiyənin senatorlar tərəfindən tənqid olunması ədalətsizlikdir;

 

- İnsan hüquqları mövzusunun getdikcə daha çox siyasiləşdirilməsi ciddi narahatlıq doğurur;

- Senatorların suveren dövlət olan Türkiyənin daxili işlərinə qarışmaq cəhdləri yolverilməzdir;

- ABŞ Konqresinə qanunsuz olaraq girən etirazçıların “terrorçu” olaraq adlandırıldığı halda, 15 iyul 2016-cı ildə Türkiyədə demokratik yolla seçilmiş hökuməti hərbi yolla devirməyə çalışan bir hərəkatı dəstəkləmək və bu hərəkatı təmsil edən şəxsləri “insan haqları müdafiəçisi” olaraq təqdim etmək qərəzli yanaşmadır;

 

- Yerləşdiyi regionda çoxsaylı təhdidləri önləmək üçün özünümüdafiə hüququndan istifadə edən, ölkə daxilində və xaricində terrora qarşı mücadilə aparan, tarix boyu müxtəlif etnik qrupların sülh və əmin-amanlıq şəraitində yaşadığı Türkiyəni hər hansı bir etnik qrupa qarşı mübarizədə günahlandırmaq cəhdləri iflasa məhkumdur;

- Türkiyənin Cənubi Qafqazda sabitləşdirici rolunu, onun bu regionda sülh və iqtisadi inkişafa yönəlmiş fəaliyyətini yüksək qiymətləndiririk;

- ABŞ Senatını Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olunması istiqamətində Azərbaycan və Türkiyənin səylərini dəstəkləməyə və töhfə verməyə çağırırıq.

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı