SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4332_anar-bagirov-hakim-t-yin-edil-n-v-kill-rl-gorusub

SİYASƏT

Hamısı

Anar Bağırov hakim təyin edilən vəkillərlə görüşüb

(2 Yil, 1 Ay öncə) 1,05 B İzlenme 0 Yorum
Anar Bağırov hakim təyin edilən vəkillərlə görüşüb

ÜMİDTV:    Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov hakim vəzifəsinə təyin edilmiş vəkillərlə Kollegiyanın Rəyasət Heyətində görüş keçirib.

Tədbirdə çıxış edən A.Bağırov bildirib ki, demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları mörezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

"Sevindirici haldır ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilmiş müsabiqədə yüksək bilik nümayiş etdirmiş Vəkillər Kollegiyasının 9 üzvü - Əliyev Əli Abdulla oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, Sevdimalıyeva Günel Arif qızı Bakı İnzibati Məhkəməsinə, Yusifova Ülkər Bayram qızı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə, Cəfərli Nilufər Arif qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Mahmudova Həqiqət Sahib qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Sultanov Cavid Rizvan oğlu Ağdaş Rayon Məhkəməsinə, Səmədzadə Sərxan Akif oğlu Xaçmaz Rayon Məhkəməsinə, Hüseynov Elmir Xoşbəxt oğlu Sumqayıt Şəhər Məhkəməsinə, Qurbanova Aygün Arzu qızı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunublar. Bununla da hakim vəzifəsinə təyin olunmuş vəkillərin sayı ümumilikdə 80 nəfərə çatıb", - Vəkillər Kollegiyasının sədri bildirib.

Anar Bağırov yeni seçilmiş hakimlərə dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03 aprel 2019-cu il tarixli Fərmanını xatırladaraq gələcək fəaliyyətlərində qanunun aliliyini rəhbər tutmağ, süründürməçiliyə və digər neqativ hallara yol verməmələrini tövsiyə edib.

Tədbirin yekununda A.Bağırov hakim vəzifəsinə təyin edilmiş şəxslərə Kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən onların təltif edildiyi Fəxri Fərmanları təqdim edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı