ÜMİDTV: Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlər davam edir.
Türkiyənin Milli Müdafiə Nazirliyi təlimlərdən yeni görüntülər paylaşıb.
“Qəhrəman komandolarımız qardaş Azərbaycan hərbçiləri ilə birgə icra etdiyimiz “Qış təlimi-2021” təlimlərinin ictimaiyyətə açıq gününə hazırdırlar”, - paylaşımda qeyd olunub.
https://twitter.com/i/status/1359733203058196482