SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4275_m-tan-t-isg-nd-rlinin-oglunun-usagina-isg-nc-verm-

CƏMİYYƏT

Hamısı

Mətanət İsgəndərlinin oğlunun uşağına işgəncə verməsinin təfərrüatı məlum olub - EKSKLÜZİV

(2 Yil, 2 Ay öncə) 2,43 B İzlenme 0 Yorum
Mətanət İsgəndərlinin oğlunun uşağına işgəncə verməsinin təfərrüatı məlum olub - EKSKLÜZİV

ÜMİDTV:     Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Əməkdar artist Mətanət İsgəndərlinin oğlunun öz övladını işgəncələrə məruz qoyması ilə bağlı sosial şəbəkələrdə yayılan fotolara münasibət bildirib.

Məsələ ilə bağlı  Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu deyib ki, faktla bağlı artıq təmsil etdiyi qurumda araşdırmalara başlanılıb.

Onun sözlərinə görə, Dövlət Komitəsində sosial şəbəkələrdə uşağın işgəncələrə məruz qaldığını əks etdirən fotoməlumatlarla bağlı dərhal araşdırma aparılıb.

Məlum olub ki, vətəndaş Aynur Vaqif qızı Həmidovanın uşağı həyat yoldaşı Kərim Həmidov tərəfindən döyülüb: "Hadisənin yay ayında törədildiyi müəyyənləşib. Nə uşağın anası, nə də digər qohumlar tərəfindən baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilməyib. Uşağın döyülməsinə onların nənəsigilə getməməsi səbəb olub. Hazırda məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir".

T.Mərdanoğlu bildirib ki, hadisə ilə bağlı Dövlət Komitəsi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Qeyd edək ki, Mətanət İsgəndərlinin "Canan" ləqəbi ilə tanınan gəlini Aynur Həmidova övladının atası tərəfindən işgəncələrə məruz qaldığı ilə bağlı məlumatlar yayıb. O həmçinin işgəncələri əks etdirən fotoları da nümayiş etdirib.

Xatırladaq ki, uzun müddət bir-birindən ayrı yaşayan cütlük boşanmaq üçün məhkəməyə müraciət edib.

 

 

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı