SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4262_q-nir-pasayeva-s-hid-movlanov-qardaslarinin-atasi-

SON XƏBƏR

Hamısı

Qənirə Paşayeva şəhid Mövlanov qardaşlarının atası ilə görüşüb-FOTO

(2 Yil, 1 Ay öncə) 2,48 B İzlenme 0 Yorum
Qənirə Paşayeva şəhid Mövlanov qardaşlarının atası ilə görüşüb- FOTO

ÜMİDTV:     MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidlərimiz Altay və Elgün Mövlanov qardaşlarının atası Tahir Mövlanovla görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Lerik rayon sakini, Vətən Müharibəsinin şəhidləri Altay və Elgün Mövlanov qardaşlarının atası Tahir Mövlanovla Mədəniyyət Komitəsində görüşüb, şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb: 

“Əziz şəhid atası, Sizin oğullarınız Vətən uğrunda mərdliklə döyüşərək öz canlarını fəda edib. İşğalçı düşmən üzərində qələbəyə görə təbrik və təşəkkürü ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid Altay və Elgünün ruhu qarşısında dərin ehtiramla baş əyirik! Oğlunuz Altay 03 oktyabr 2019-cu ildən 20 aprel 2020-ci ilədək həqiqi hərbi xidmət keçib; 26 avqust 2020-ci ildə isə Beyləqan istiqamətindəki “N” saylı hərbi hissədə müddətdənartıq xidmət edən hərbi qulluqçu olaraq yenidən xidmətə başlayıb. Vətən Müharibəsi başlayınca döyüşlərdə iştirak edən Altay Füzuli istiqamətində gedən döyüşlərdə, Seyidəhmədli kəndi səmtində 13 oktyabrda şəhid olub. Altay Mövlanov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərkən vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti tərəfindən “Vətən uğrunda” medalı ilə, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Digər oğlunuz Elgün 08 may 2020-ci ildə həqiqi hərbi xidmətə başlayıb. O da Vətən Müharibəsi başlayınca bir mərd əsgər kimi döyüşlərdə iştirak edib. Elgün 29 sentyabrda Talış kəndində şəhid olub. Elgün Mövlanov da “Vətən uğrunda” medalı ilə təltif edilib. Altay və Elgün kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Onların və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz Ermənistanın işğalından azad olunub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin özünəməxsus mədəni ənənələrini, ümumən respublika üzrə mədəni həyatı canlandırmaq, ölkəmizi çiçəkləndirmək imkanları yaranıb. Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Tarixi zəfər münasibəti ilə Sizə Mədəniyyət Komitəsi adından bir daha təbrik və təşəkkürlərimizi yetirirəm”! Şəhid qardaşların atasına Mədəniyyət Komitəsi adından Məktub təqdim edilib.

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı