ÜMİDTV: Ağdaş rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Məlumata görə, rayonun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması zamanı "VAZ-2107" markalı avtomobilin sürücü Seymur Əhmədov, anası Rahilə Əhmədova və qadının nəvəsi Rahilə Əhmədova ölüblər.
Hadisə zamanı habelə Dursun İsmayılova, Xəqan Əlizadə, Təbriz Əhmədov, İqbal Sabirli xəsarət alıblar.