SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4194_deputat-almaniyada-c-rim-l-r-olk-mizd-n-4-5-d-f-co

SON XƏBƏR

Hamısı

Deputat: “Almaniyada cərimələr ölkəmizdən 4-5 dəfə çoxdur”

(2 Yil, 2 Ay öncə) 1,40 B İzlenme 0 Yorum
Deputat: “Almaniyada cərimələr ölkəmizdən 4-5 dəfə çoxdur”

ÜMİDTV:     Koronavirusa qarşı aparılan mübarizə tədbirləri effektiv nəticə verib. Pandemiya elan olunanda insanlar bu virusun mövcudluğunu ciddiyə almırdılar. İnsanların qaydalara riayət olunmasını təmin etmək üçün dövlətimiz məcbur olaraq inzibati cəza tədbirlərinə əl atmalı oldu. Bütün ölkədə sərt karantin rejimi tətbiq olunmaqla insanların təması minimuma endirildi”.

Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın fikrincə, bugünkü müsbət nəticəyə dövlətin tətbiq etdiyi sərt nəzarət tədbirləri sayəsində nail olunub: “İndi tətbiq olunmuş sərt karantin rejimində yumşalmalar aparılır. Müəyyən sahələrin fəaliyyətinə icazələr verilir. Amma burda müşahidə olunan odur ki, insanlar koronavirus infeksiyasının möcudluğunu dərk edib. İctimai yerlərdə hamının tibbi maska taxıldığını görürük.

Başa düşməliyik ki, koronavirus hələ də bizimlə yaşayır. Yumşalmalar olsa da, qaydalar əvvəlki kimi qüvvədə qalır. Hamı tibbi maska taxmalı, sosial məsafə gözləməli, şəxsi gigiyenasına fikir verməlidir. Məhz belə olan halda yoluxmaların yenidən genişlənməsinə imkan verməmiş oluruq.

Düşünürəm ki, yeni mübarizə metodların axtarışında olmamalıyıq. Sadəcə nəzarət gücləndirilməli, ictimai yerlədə qaydalara əməl olunması mütəmadi yoxlanılmalıdı”.

Azər Badamov onu da qeyd edib ki, Avropanın inkişaf etmiş ölkələrində daha sərt tədbirlər görülür: “Hazırda Almaniyada insanların yaşadıqları yerdən 15 km-dən uzağa getməsinə qadağa tətbiq olunub. Tibbi maskanın taxılmamasına görə tətbiq edilən cərimələr də bizim ölkəmizdən 4-5 dəfə çoxdur. Yəni, Avropa ölkələrində tətbiq olunmuş cəza tədbirləri bizim ölkəmizdən daha ağırdır.

Üstünlüyümüz onda oldu ki, vaxtnda mübarizə tədbirlərinə başlanıldı və koronanın yayılmasının qarşısını ala bildik. Artıq peyvəndlənmə işlərinə başlanılıb. Düşünürəm ki, yaxın zamanlarda hamı koronavirusa qarşı peyvəndlənəcək və tezliklə adi həyata qayıda biləcəyik”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı