SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4100_amerika-universitetind-v-t-n-muharib-si-il-bagli-o

SİYASƏT

Hamısı

Amerika Universitetində Vətən müharibəsi ilə bağlı onlayn brifinq keçirilib

(2 Yil, 2 Ay öncə) 1,12 B İzlenme 0 Yorum
Amerika Universitetində Vətən müharibəsi ilə bağlı onlayn brifinq keçirilib

ÜMİDTV:    Vaşinqtonda yerləşən Amerika Universitetinin ("American University") dəvəti əsasında Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun 44 günlük Vətən müharibəsinin nəticələrinə həsr olunmuş onlayn brifinqi baş tutub.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən  verilən məlumata görə, paneldə səfir professor Keyt Dardenin və brifinqə internet üzərindən qoşulan izləyicilərin çoxsaylı suallarını cavablandırıb. Tədbirdən sonra universitet tərəfindən verilmiş məlumata görə brifinq universitetin bu qəbildən olan tədbirləri arasında ən çox izləyici sayı ilə yadda qalıb və marağa səbəb olub. İzləyicilər arasında çoxsaylı ermənilərin olması diqqət çəkib.

Tədbirin keçirilməsi barədə Amerika Universiteti tərəfindən elanlar yerləşdirildikdən sonra erməni radikalları ölkəmizə, ABŞ-dakı səfirliyə qarşı təhqir və təhdid xarakterli kampaniyaya başlayıb, nifrət zəminində ifadələr səsləndirib, hətta universiteti sözügedən brifinqi ləğv etməyə çağırıb. Erməni tərəfi həqiqətlərin ABŞ ictimaiyyətinin və akademik dairələrin diqqətinə çatdırılacağından narahatlıq keçirib, hər vəchlə tədbirin qarşısını almağa çalışıb. Ölkəmizə və diplomatlarımıza qarşı sözügedən nifrət zəminində çağırışlar və təhdidlər ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən də rəsmi mövqe bildirilib.

Müzakirələrdə əsasən müharibənin tarixi, səbəbləri, döyüşlərdən sonra yaranmış vəziyyət, Cənubi Qafqaz bölgəsinin gələcəyi məsələlərinə toxunulub. Səfir Ermənistan tərəfinin davamlı olaraq, sülh danışıqlarını pozma cəhdələrindən danışıb, Ermənistanın baş naziri Nikol Paşinyan və sabiq müdafiə naziri Davit Tonoyanın təxribatçı bəyanatları və müharibə ritorikasından bəhs edib.

Səfir eləcə də Ermənistanın 12-14 iyul 2020-ci il tarixində Tovuz istiqamətində ölkəmizə qarşı törətdiyi hərbi təxribatına diqqət yetirib. O, qeyd edib ki, erməni radikalları tərəfindən səslənən təxribatçı bəyanatlar və ritorika ilk növbədə Ermənistanın öz gələcəyinə zərbə vurur. E.Süleymanov hazırda regionda yeni vəziyyətin yaranması fonunda Azərbaycan və erməni xalqlarının, eləcə də geniş regiounun gələcəyi üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb, nəqliyyat, infrastruktur və iqtisadi layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, erməni xalqını Azərbaycan və digər qonşularla sülh şəraitində yaşamağa və firavan gələcək seçməyə cağırıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı