SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4089_milli-m-clisd-g-nc-ail-l-rl-bagli-dinl-m-kecirilib

SİYASƏT

Hamısı

Milli Məclisdə gənc ailələrlə bağlı dinləmə keçirilib

(2 Yil, 1 Ay öncə) 1,41 B İzlenme 0 Yorum
Milli Məclisdə gənc ailələrlə bağlı dinləmə keçirilib

ÜMİDTV:      Fevralın 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə videokonfrans formatında “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar, əlaqədar dövlət qurumlarının və gənclər təşkilatlarının təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

Dinləməyə toplaşanları salamlayan Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu il Gənclər Gününü qalib xalq olaraq qeyd etdiyimizi vurğulayaraq deyib ki, biz gənclərimizlə fəxr edirik! Vətən müharibəsi günlərində Azərbaycan gəncləri səngərdə, diplomatiya müstəvisində və informasiya məkanında bütün qüvvələrini səfərbər edərək Ali Baş Komandanın rəhbərliyi altında tarixi qələbə qazandılar, igid oğullarımız öz canları, qanları bahasına 30 illik Vətən həsrətimizə son qoydular.

Komitə sədri bildirib ki, Azərbaycan əhalisinin 23,6 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin həyata keçirilməsi üçün müvafiq qanunvericilik bazası yaradılıb. Hazırda Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni strateji mərhələyə daxil olur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Növbəti 10 ildə ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritet həyata keçiriləcək ki, bu da hər bir vətəndaşı əhatə edəcək. Həmin prioritetlər, xüsusilə gənclərin inkişafına, gənc ailələrin sosial vəziyyətinin yaxşılaşmasına kömək olacaq.

Son 56 ildə qlobal miqyasda nikahların sayının 3 dəfədən çox azaldığını, boşanmaların sayının isə 3 dəfəyədək artdığını qeyd edən Hicran Hüseynova hazırda qərbdə ailə dəyərlərinin mənəvi deqradasiyaya uğradığını, övladsız ailə və birgəyaşayışa əsaslanan vətəndaş nikahlarının artdığını təhlükəli hal kimi dəyərləndirib. O, bu tendensiyanın ölkəmizə sirayət etməməsi üçün adekvat addımların atılması vacibliyini qeyd edib.

Komitə sədri son dövrlərdə “ailə psixoloqu” məsələsinin gündəmə gəldiyini, narkotik və psixotrop maddə istifadəçilərinin sayının gəncləşdiyini, reproduktiv sağlamlıq məsələlərinin aktuallaşdığını, erkən nikahların qarşısının alınması vacibliyini, məşğulluğun təmin olunması zərurətini və digər aktual məsələləri diqqətə çatdırıb. Bildirib ki, ailələrimizi qorumaq məqsədilə Milli Məclisin müvafiq komitələrində bir sıra təkliflər hazırlanır, həmçinin Ailə Məcəlləsinin və bir sıra qanunların yenidən ekspertizadan keçməsi istiqamətində iş aparılır.

A.Əliyev gənc ailələrlə bağlı konkret problemlərə toxunub. Vitse-spiker COVID-19 pandemiyası ucbatından ötən il dünyada boşanmaların sayının artdığını və bu halın daha çox gənc ailələrdə baş verdiyini təəssüflə qeyd edib. Bildirib ki, 2020-ci ilin təkcə may ayında ölkəmizdə 1501 boşanma halı rəsmiləşib.

Vitse-spiker deyib ki, ailə cəmiyyətin özəyidir və dövlətin götürdüyü öhdəliklərdən biri də ailə problemlərinin həlli, sağlam ailə mühitinin yaradılmasıdır. Boşanmaların artmasına təsir edən amillər sırasında bəzi gənclərin narkotikə, alkoqol və digər zərərli vərdişlərə qurşanmasını önə çəkən Adil Əliyev qeyd edib ki, bizdə “Mediasiya haqqında” qanun qəbul olunduğuna görə, boşanmalarla əlaqədar bir sıra mübahisələrin məhkəməyə qədər həlli mümkündür. Mediasiya çərcivəsində psixoloqların və digər sosial işçilərin xidmətindən yararlanmaqla əsassız boşanmaların qarşısını almaq olar.

Gənclər və idman komitəsində həyata keçirilən və nəzərdə tutulan işlər barədə məlumat verən vitse-spiker vurğulayıb ki, Vətən müharibəsində gənclərimiz döyüş meydanında böyük şücaət göstərdilər, arxa cəbhədə informasiya müharibəsində əzmkarlıq nümayiş etdirdilər. Gənc ailələrin çətinliklərinin həlli istiqamətində həyata keçirilən bütün tədbirlərlə yanaşı, gənclərimizin milli-mənəvi dəyərlərimizə uyğun tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.

Sonra dinləmədə Gənclər və idman nazirinin müavini İntiqam Babayev “Gənclər siyasətinin həyata keçirilməsində dövlətin üzərinə düşən vəzifə və öhdəliklər” mövzusunda məruzə edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva “Müasir Azərbaycan cəmiyyətində gənc ailənin statusu”ndan söhbət açıb. Gənclər Fondunun sədri Fərid Cəfərov “Azərbaycan gəncliyinin inkişafında Gənclər Fondunun rolu” barədə danışıb.

Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, “Azəri Gənclər Alyansı” İctimai Birliyinin sədri Leyla Məmmədli-Sadıqova, Gender Hub Azerbaijan təşkilatının sədri Məryəm Məcidova bir sıra aktual məsələlərə toxunublar, ciddi təkliflər irəli sürüblər.

Dinləmədə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, deputatlar Tamam Cəfərova, Nigar Arpadarai və Rauf Əliyev gənc ailələrin mövcud vəziyyəti, maddi təminat məsələsi, boşanmaları doğuran səbəblər, narkomaniyaya qurşanma meylləri, sosial şəbəkələrin zərərli tərəfləri, qərbdən ixrac olunan yad psixologiya və yad adətlərin, yad vərdişlərin Azərbaycan gənclərinə təsiri və digər vacib məqamlardan bəhs ediblər, təkliflərini diqqətə çatdırıblar.

Onlayn dinləmədəki bütün çıxışlarda bu tədbirin keçirilməsinə yaradılan şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlıq bildirilib.

Videokonfrans formatında keçirilən dinləmədə deputatlar Ramin Məmmədov, Sevil Mikayılova, Pərvin Kərimzadə, Sədaqət Vəliyeva, Rəşad Mahmudov və Könül Nurullayeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, İnsan Alverinə qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev, Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyasının sədri Afiq Məlikov, “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin sədri Tünzalə Cavadova, “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Fəqan Hüseynov iştirak ediblər.

Müzakirələrə yekun vuran komitə sədri Hicran Hüseynova çıxışlarda səslənmiş fikirlərə münasibət bildirib, qanunvericiliyə dair təkliflərin nəzərə alınacağını qeyd edib. Tədbir iştirakçılarına öz təkliflərini yazılı şəkildə komitəyə təqdim etmələri tövsiyə olunub.

Bununla da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə videokonfrans formatında keçirilən “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” mövzusunda dinləmə başa çatıb.

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı