SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4082_bas-nazir-yeni-komissiyanin-t-rkibini-t-sdiql-yib

SİYASƏT

Hamısı

Baş nazir yeni komissiyanın tərkibini təsdiqləyib

(2 Yil, 2 Ay öncə) 1,16 B İzlenme 0 Yorum
Baş nazir yeni komissiyanın tərkibini təsdiqləyib

ÜMİDTV:    Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşdırılması, bu sahədə strateji planlaşmanın və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın tərkibi məlum olub.

Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Komissiyanın sədri Azərbaycanın Baş naziri Əli Əsədov, müavini isə iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.

Komissiyanın tərkibinə həmçinin Azərbaycanın maliyyə, əmək və əhalinin sosial müdafiəsi, energetika, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, ekologiya və təbii sərvətlər, ədliyyə, təhsil, səhiyyə, gənclər və idman, mədəniyyət nazirləri, eyni zamanda Nazirlər Kabineti Aparatının rəhbəri, Dövlət Neft Fondunun icraçı direktoru, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyinin sədrrləri və Baş nazirin köməkçisi daxildir.

Müəyyən edilib ki, komissiya “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın (bundan sonra – Strategiya) layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirir.

İqtisadiyyat Nazirliyi Strategiyanın layihəsini komissiyada təmsil olunan və digər aidiyyəti qurumlarla birlikdə 7 ay müddətində hazırlayıb komissiyaya təqdim olunmasını təmin etməli, 15 gün müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb komissiyaya təqdim etməli (Strategiyanın hazırlanması üçün komissiyada təmsil olunan qurumların nümayəndələrindən ibarət alt işçi qrupların formalaşdırılması, qəbul ediləcək dövlət proqramlarının, digər sənəd və tədbirlərin ümumi siyahısı), Strategiyanın hazırlanması prosesinə qabaqcıl beynəlxalq təşkilat və ixtisaslaşmış məsləhətçi şirkətlərin, aidiyyəti dövlət orqanlarının (qurumların), elmi təşkilatların, mütəxəssis və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması və səmərəli əməkdaşlığın həyata keçirilməsini təmin etməli, görülən işlərə dair rübdə bir dəfədən az olmayaraq komissiyanın sədrinə hesabat təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikası İqtisadi Şurasının Katibliyinə tapşırılıb ki, Strategiyadan irəli gələn məsələlərin Azərbaycan Respublikasının İqtisadi Şurasında mərhələlərlə müzakirə olunması üçün iş planında nəzərə alsın və Şuranın fəaliyyəti ilə əlaqələndirilməsi istiqamətində zəruri işlər görsün.

Komissiyada təmsil olunan və digər aidiyyəti dövlət orqanları (qurumları) bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə lazımi məlumatların təqdim olunması və Strategiyanın aidiyyəti bölmələrinin hazırlanmasının təmin edilməsi üçün müvafiq tədbirlər görməlidirlər.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı