SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4077_qadagali-sou-proqramlar-restoran-sahibl-ri-kim-guv

MAQAZİN

Hamısı

Qadağalı Şou Proqramlar: Restoran Sahibləri KİMƏ GÜVƏNİR? – Fotolar

(2 Yil, 2 Ay öncə) 2,18 B İzlenme 0 Yorum
Qadağalı Şou Proqramlar: Restoran Sahibləri KİMƏ GÜVƏNİR? – Fotolar

ÜMİDTV:     Ötən ilin 14 mart tarixindən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib. Artıq bu qadağanın tətbiqindən 11 ay keçib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunub. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

 

Toylarla bağlı qadağanın götürülməsini gözləyən yüzlərlə cütlüyün olduğunu bilirik. Hər kəsin bu qərarı gözlədiyi bir ərəfədə maraqlı durumla rastlaşdıq. Belə ki, dünən bəzi tanınmış restoranlar şou-əyləncə proqramları təşkil edib. Müğənnilər isə həmin videoları eyni tarixdə öz hesablarında paylaşıblar. Bundan əlavə, biz gördük ki, həmin restoranlar şou-əyləncə proqramlarının təşkili ilə bağlı afişaları sosial media hesablarında yayımlayıblar. Kiçik araşdırma kifayət etdi ki, həmin videolardan bir neçəsini nəzərdən keçirək. Videoya baxdıqda məlum olur ki, insanların çoxu maskalı deyil. Sosial məsafə isə gözlənilmir. Həmin əyləncə proqramlarında iştirak edən şəxslər isə əl qaldırıb, oynamağı unutmayıblar. Karantin qaydalarına riayət isə yox dərəcəsindədir. Ortaya iki sual çıxır: Toy və şou proqram arasında elə də böyük fərq olmadığı halda niyə toylarla bağlı qadağa götürülmür? Digər sual isə ondan ibarətdir ki, şou proqramların təşkili ilə bağlı rəsmi icazə varmı?

News24.az məsələni aydınlaşdırmaq üçün ilk olaraq bəzi tanınan restoranlara zəng edib.

 

Müştəri kimi restoran adminstratorlarından yer sifariş verdik. Onlar isə kütləvi tədbirlərin, ad günü mərasimlərinin təşkilinə icazə verildiyini bildirərək, məmnuniyyətlə sifarişimizi qəbul edib, qonaq sayını soruşdular. Maska taxmaq barədə isə müxtəlif yanaşma irəli sürdülər.

 

 

Məsələnin gün üzünə çıxmadığını anlayıb, Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov ilə əlaqə saxladıq. İbramim Məmmədov bu haqda məlumatı olmadığını qeyd edərək, bizi Daxili İşlər Nazirliyinə yönləndirdi. 

Sorğumuzu cavabsız qoymayan DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin cavabını təqdim edirik:

 

“Fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunub. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilən məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır”.

 

 

Şöbə rəisi qeyd edib ki, xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda şou-əyləncə, toy, nişan və digər kütləvi tədbirlərinin təşkili və keçirilməsi qadağandır.

 

DİN-in mətbuat xidmətindən aldığımız açıqlama bizi bu qənaətə yönəlməyə sövq etdi ki, keçirilən tədbirlərin hamısı icazəsiz baş tutub. Restoranlar isə ya qeybdən gələn qərara güvənir, ya da rəsmi qurumlardan daha çox bilirlər ki, belə bir addım atıblar.

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı