SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4058_g-ncl-rin-t-s-bbus-qrupunun-s-dri-prezident-muraci

CƏMİYYƏT

Hamısı

Gənclərin Təşəbbüs Qrupunun sədri Prezidentə müraciət ünvanladı

(2 Yil, 1 Ay öncə) 638 İzlenme 0 Yorum
Gənclərin Təşəbbüs Qrupunun sədri Prezidentə müraciət ünvanladı

ÜMİDTV:      2 fevral Gənclər günü münasibətilə Gənclərin Təşəbbüs Qrupunun sədri Pərviz Usubov Azərbaycan Prezidentinə müraciət ünvanlayıb. Həmin müraciətdə deyilir:

Hörmətli, cənab Prezident
Azərbaycan Respublikasına rəhbərlik etdiyiniz on yeddi il ərzində hər zaman gənclərə      göstərdiyiniz diqqət və qayğı, xüsusi yanaşma, inam və etimadı yüksək qiymətləndiririk. Bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini bu gün uğurla davam etdirən, gənclərin dostu,müzəffər Ali Baş Komandan titulunu qazanan lider olaraq apardığınız kadr siyasətini, daxili və xarici siyasətinizi dəstəkləyirik və bu yolda hər zaman sizin arxanızdayıq. Son dövrlər start verdiyiniz kadr siyasətinizdə gənclərə verilən önəm, onlara göstərilən inam və etimad hər bir gənc kimi bizi də sevindirir, eyni zamanda da gələcək üçün görüləcək işlərimizə, fəaliyyətimizə stimul verir. Bu kadr islahatları cəmiyyət daxilində də yüksək qiymətləndirilir və ölkə liderinə olan etimadını daha da artırır. 
Xalq-Prezident birliyi,eyni zamanda da qətiyyətli mövqeyiniz 44 gün davam etmiş Vətən müharibəsində Zəfər qazanmağımıza səbəb oldu. Bu birlik və etimad hələ də qalmaqdadır. Lakin bir qrup şəxslər,”məmur”lar müxtəlif vasitələrlə yaranmış Xalq-Prezident birliyini pozmağa, qazanılmış tarixi qələbəmizə kölgə salmağa çalışırlar. Bu gün bizim  üçün ən əsas məsələ bu birliyi qorumaq və daha da möhkəmləndirməkdir. Düşünürük ki, kadr siyasətinizdə atacağınız qətiyyətli addımlar,bu sahədə aparacağınız dərin kadr islahatları nəticəsində vətənpərvər,savadlı,təcrübəli,müasir dünyagörüşlü,aydın düşüncəli,qətiyyətli,sədaqətli gənclərə etimad göstərəcəksiniz. 
Ulu Öndərin qeyd etdiyi kimi “Gələcək gənclərin çiyinləri üzərində qurulacaqdır” tezisi, eyni zamanda da sizin dəfələrlə səsləndirdiyiniz “Mən gənclərə güvənirəm”,”Azərbaycanın gələcəyi gənclərdən asılıdır” kimi fikirləriniz bir daha gənc kadrlara olan etimadın əyani  göstəricisidir. Əminik və inanırıq ki, dövlət siyasətinin aparılmasında,yenidənqurma və quruculuq işlərində,dövlət idarəçiliyində,eləcə də bu kadr siyasətinizdə biz gənclərə etimad göstərəcəksiniz. “Gənclərin Təşəbbüs Qrupu” adından bildirmək istərdim ki, sizin rəhbərliyiniz altında bütün sahələrdə dövlətimizə,xalqımıza ləyaqətlə,vicdanla,sədaqətlə xidmət göstərəcəyimizdən əmin ola bilərsiniz. Azərbaycanın gələcəyi sizin rəhbərliyiniz altında vətənpərvər, yeni təfəkkürlü, aydın düşüncəli və qarşılıqsız dövlətə, xalqa xidmət edəcək gəncliklə yüksələcək. Biz gənclər hər zaman sizinləyik cənab Prezident!

“GənclərinTəşəbbüsQrupu”-nun sədri Pərviz Usubov

                                                     


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı