SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4053_m-d-niyy-t-nazirliyinin-t-dbirl-r-plani-t-sdiql-ni

MƏDƏNİYYƏT

Hamısı

Mədəniyyət Nazirliyinin tədbirlər planı təsdiqlənib

(2 Yil, 2 Ay öncə) 1,11 B İzlenme 0 Yorum
Mədəniyyət Nazirliyinin tədbirlər planı təsdiqlənib

 

ÜMİDTV:     Fevralın 1-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2020-ci ilin yekunlarına və 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, mədəniyyət naziri Anar Kərimov iclası açaraq kollegiya üzvlərini salamlayıb, ötən ilin mədəniyyət mənzərəsinə nəzər salıb. İl ərzində Mədəniyyət Nazirliyi tərəfindən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilən layihələrin pandemiya şəraitində insanlarının asudə vaxtının səmərəli təşkilinə töhfə olmaqla yanaşı, yaradıcı insanlar üçün əlavə stimul olduğunu vurğulayıb.

2020-ci il eyni zamanda Azərbaycanın tarixinə şanlı Qələbə ilə yazıldığını bildirən nazir Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında Mədəniyyət Nazirliyinin də səylərini əsirgəmədiyini, müharibənin gedişində və ondan sonrakı mərhələdə müxtəlif beynəlxalq təşkilatlara və onlarla ölkəyə edilən müraciətlərin, yayılan bəyanatların, reallaşdırılan layihələrin Ermənistanın Azərbaycan mədəniyyətinə qarşı həyata keçirdiyi vandalizm siyasətinin daha böyük miqyasda nümayişinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Anar Kərimov “Mədəniyyət Nazirliyinin institusional islahatlarının icrasına dəstək Proqramı”nın hazırlandığını, proqramın strateji istiqamətlərinin mədəniyyət və irsin tədqiqi, qorunması və inkişafı, insan və cəmiyyətin inkişafı, həmçinin mədəniyyətimizin beynəlxalq aləmdə qorunması və təbliğini əhatə etdiyini diqqətə çatdırıb.

Qeyd edib ki, islahatların əsas məqsədi nazirlik sistemində hüquqi bazanın təkmilləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir infrastrukturun qurulması, insan kapitalının inkişafı, məzmunun zənginləşdirilməsi, dayanıqlı maliyyələşmə və modellərin qurulmasından ibarətdir.

İclasda 2021-ci ilin birinci yarımili üçün nazirliyin tədbirlər planı müzakirə edilib. Konkret hədəflər müəyyən edilərək hazırlanan planda nazirlik sistemində həyata keçiriləcək islahatlar, mədəniyyət və yaradıcılığın inkişafı, məzmununun zənginləşdirilməsi, yaradıcı və mədəniyyət sənayelərinin inkişafı, mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası, “Nizami Gəncəvi İli” ilə əlaqədar tədbir və layihələr, Azərbaycan mədəniyyətinin ölkəmizdə və dünyada təbliği, beynəlxalq əməkdaşlığın inkişafı məsələrinə diqqət yetiriləcəyini bildirilib.

Eyni zamanda ölkə başçısının fərmanı ilə yaradılan Dövlət Nəzarəti İnformasiya Sisteminin əhəmiyyəti vurğulanıb, nazirlik üzrə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının, dövlət proqramlarının icrası ilə əlaqədar proseslərin bu sistemin meyarlarına uyğun qurulmasının vacibliyi qeyd edilib.

İclasda Kollegiyanın üzvləri və nazirliyin digər struktur bölmə rəhbərləri çıxış edərək tədbirlər planı ilə bağlı təkliflərini səsləndiriblər.

Daha sonra Mədəniyyət Nazirliyinin 2021-ci ilin birinci yarımili üçün tədbirlər planı təsdiq edilib.

Kollegiya iclasına yekun vuran Anar Kərimov qarşıya qoyulmuş vəzifələrin reallaşmasında bütün kollektivə uğurlar arzulayıb


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı