SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/4027_d-medvedev-qarabagda-nizamlanmani-turkiy-il-d-muza

SİYASƏT

Hamısı

D.Medvedev: Qarabağda nizamlanmanı Türkiyə ilə də müzakirə etmək lazımdır

(2 Yil, 2 Ay öncə) 920 İzlenme 0 Yorum
D.Medvedev: Qarabağda nizamlanmanı Türkiyə ilə də müzakirə etmək lazımdır

ÜMİDTV:    Rusiya Prezidenti Vladimir Putin Qarabağda vəziyyətin nizama salınması üzərində bütün incəlikləri nəzərə alaraq işləyib. Əgər onun səyləri olmasa idi, münaqişə hələ də davam edəcəkdi.
Bu fikirləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev jurnalistlərə müsahibəsində söyləyib. O qeyd edib ki, münaqişənin qaynar mərhələsi başa çatandan sonra vəziyyət bütövlükdə sakitləşdi: “İnsanlar həlak olmurlar, inkişaf üçün imkanlar var. Yanvarın 11-də üç ölkənin liderləri Moskvada görüşdülər və vəziyyətin iqtisadi cəhətdən sağlamlaşdırılması yollarını müəyyən etdilər. Bu da çox vacibdir”. D.Medvedevin fikrincə, hazırda müəyyən parametrləri, o cümlədən Rusiya Federasiyasının sülhməramlı kontingentini saxlamaqla iqtisadi əməkdaşlığı inkişaf etdirmək imkanı var.
D.Medvedev Qarabağda vəziyyətin nizama salınması məsələsinin Türkiyə ilə müzakirə olunmasının vacibliyini də diqqətə çatdıraraq vurğulayıb ki, regionda reallıq belədir.
“Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Türkiyə həm də Azərbaycana çox yaxın ölkədir. Bu amili nəzərə almamaq olmaz. Moskva və Ankara arasında səmərəli dialoq qurulub, iki ölkənin prezidentləri bu mövzu ilə əlaqədar daim ünsiyyətdədirlər, ümumi vəziyyətə nəzarət etmək üçün Türkiyə və Rusiya hərbçilərindən ibarət xüsusi nəzarət mərkəzi yaradılması barədə qərar qəbul edilib. Bu da ümumi sabitləşmə elementidir. Lakin mən bunu uzunmüddətli siyasətin elementi kimi qiymətləndirməz, yaxud konspiroloji nəzəriyyələrdən birini qurmazdım. Sadəcə biz regionda mövcud reallıqları nəzərə almağa borcluyuq. Reallıq isə belədir ki, bu gün bu məsələni həm də Türkiyədən olan tərəfdaşlarımızla müzakirə etməliyik”, - deyə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini bildirib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı