SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3981_israild-ki-az-rbaycanli-icmasi-polsanin-ictimai-te

SİYASƏT

Hamısı

İsraildəki azərbaycanlı icması Polşanın ictimai televiziyasını sərt tənqid etdi

(2 Yil, 3 Ay öncə) 1,03 B İzlenme 0 Yorum
İsraildəki azərbaycanlı icması Polşanın ictimai televiziyasını sərt tənqid etdi

ÜMİDTV:    İsraildəki “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ölkəmizin 44 günlük Vətən müharibəsi barədə ermənipərəst mövqeyi əks etdirən sənədli filmin nümayişi ilə bağlı Polşanın “Telewizja Polska” (TVP) ictimai televiziyasının rəhbərliyinə kəskin etirazını bildirib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Assosiasiyanın sədri Lev Spivak qeyd edib ki, yanvarın 24-də televiziyanın efirində hərbi jurnalist Vitold Repetoviçin “Şiddətin dərinliyi - 44 gün - müharibənin dəhşəti” (“Głębia” ostrości - 44 dni - koszmar wojny”) adlı sənədli filmi yayımlanıb. Azərbaycana məxsus olan və 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində aparılmış 44 günlük müharibədən bəhs edən film birtərəfli şəkildə, yalnız Ermənistanın maraqları və rəsmi İrəvanın mövqeyi baxımından çəkilib və təqdim edilib.

Müraciətdə Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Ermənistanın işğalçı və təcavüzkar siyasəti, dünya birliyinin Azərbaycan torpaqlarının işğalına və erməni terroruna göz yumduğu barədə ətraflı məlumat verilib. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bütün regionun inkişafına mane olan bu münaqişənin sülh yolu ilə həllini təklif etdiyi, lakin region barədə obyektiv fikrə malik olmayan erməni lobbisinin güclü təzyiqi altında olan rəsmi İrəvanın işğalçı siyasəti davam etdirdiyi və Bakının təklif etdiyi formatda danışıqları aparmaqdan tamamilə imtina etdiyi nəzərə çatdırılıb. 

Müraciət müəllifi televiziya rəhbərliyini və kollektivini hadisələri obyektiv işıqlandırmağa, bu olaydan düzgün nəticələr çıxarmağa və vəziyyətə aydınlıq gətirməyə çağırıb. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı