SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3721_covid-19-k-skin-ya-xroniki-x-st-likdir-

SAĞLAMLIQ

Hamısı

COVID-19 kəskin, ya xroniki xəstəlikdir?

(2 Yil, 3 Ay öncə) 913 İzlenme 0 Yorum
COVID-19 kəskin, ya xroniki xəstəlikdir?

ÜMİDTV:       Xəstəliyin təsnifatı onun gedişinin (kəskin və xronik xəstəlik) xarakteri ilə aydınlaşdırılır.

Türkiyəli professor Osman Müftüoğlu COVID-19-un kəskin və ya xroniki xəstəlik olması fikirlərinə aydınlıq gətirib.

NTV xəbər verir ki, o koronavirus xəstəliyinin bilinən tərəflərinin hələ də son dərəcə məhdud olduğunu bildirib.

“Şübhəsiz, COVID-19 kəskin infeksiya xəstəliyidir. Qızdırma, titrətmə, boğaz ağrısı, öskürək, nəfəs darlığı və güclü zəifliklə özünü göstərir. Ümumiyyətlə, iki və ya üç həftəlik kursdan sonra ilkin kəskinləşmə yatırılır və xəstələr tamamilə sağalırlar.

Başqa sözlə desək, insanların çoxu xəstəliklə bağlı problemləri ən geci bir ay ərzində tamamilə aradan qaldırır,  tam sağalaraq evinə və işinə qayıda bilir. Ancaq bu şansı əldə etməyən xəstələr də var. Və bu xəstələrdə COVID-19-un fəsadı daha uzun çəkir”, - deyə professor qeyd edib.

Onun sözlərinə görə, Böyük Britaniyada aparılan yeni araşdırma nəticəsində 2020-ci ilin ilk səkkiz ayında COVID -19 diaqnozu ilə müalicə olunan 47 780 xəstənin 30 faizində (14 140 xəstə) sağaldıqdan sonra 140 gün ərzində nəfəs darlığı, yüksək qan şəkəri və ya ürək-damar xəstəliyi özünü göstərib. Hətta bu insanların 12,3 faizi həyatını itirib.

Xəstəliyin təkrarlanması və ağciyər/ürək-damar xəstəliklərinin ağırlaşması səbəbindən yenidən xəstəxanaya yerləşdirilməli olan xəstələrin əsas hissəsini yaşlılar (65 yaşdan yuxarı) təşkil edib.

“Bu xəstəlikdə xüsusən də immunitet sistemində yarana biləcək fəsadın gözləniləndən daha çox olması mümkündür. Bəzi məlumatlar hətta xəstəlikdən sonra fərqli orqanlarda (beyin, qaraciyər, böyrək, ürək) bəzi otoimmun fəsadların meydana gələ biləcəyini göstərir. Bu səbəbdən koronavirusu keçirmiş, xüsusilə də 50 yaşdan yuxarı olan hər kəs öz sağlamlığının qayğısına qalmalı və xəstəlikdən sonra da nəzarəti əldən verməməlidir”, - deyə həkim xəstəliyin xroniki hala keçə biləcəyini qeyd edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı