SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3671_infeksionist-iki-h-ft-d-n-sonra-x-st-lik-sayinin-a

SAĞLAMLIQ

Hamısı

İnfeksionist: “İki həftədən sonra xəstəlik sayının artacağını gözləyin”

(2 Yil, 2 Ay öncə) 1,41 B İzlenme 0 Yorum
İnfeksionist: “İki həftədən sonra xəstəlik sayının artacağını gözləyin”

ÜMİDTV:       Azərbaycanda COVID-19-a qarşı könüllü vaksinasiya başlayıb, eyni zamanda ölkədə koronavirus pandemiyasına görə tətbiq edilən məhdudlaşdırıcı tədbirlər yumşaldılır.

N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin Yoluxucu Xəstəliklər və Epidemiologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar həkimi Vladimir Nikiforov Media.Az-a müsahibəsində vəziyyətlə bağlı fikirlərini paylaşıb.

O bildirib ki, karantinin yumşaldılması yoluxma sayına təsir edəcək:

“Əlbəttə, yoluxmaların sayı artacaq, bu başa düşüləndir. Hətta karantin dövründə belə, evin giriş qapıları həmişə bağlı qalmır. İstənilən halda virusa yoluxmuş kimsə evə daxil olaraq, onun sirkulyasiyasına səbəb olur”.

Professor qeyd edib ki, nəzəri cəhətdən hər yeri bağlamaq olar, amma bu da başqa problemlərə gətirib çıxaracaq:

“Karantin yalnız səhiyyə sistemindəki yükün azaldılmasına təsir göstərir. İnsanlar necə xəstələnirdilərsə, yenə də xəstələnirlər. Yeri gəlmişkən, mən virusu keçirmişəm, peyvənd vurdurmaya bilərəm”.

O deyib ki, epidemiyanın qarşısı alınmayıb, məhdudlaşdırıcı tədbirlər xəstələrin sayının azalmasına səbəb olub:

“Həkimlərin işi asanlaşıb. Yenə deyirəm, nə qədər ki, sərt karantindir, yoluxma azalacaq, yumşaldılma varsa, iki həftədən sonra xəstəlik sayının artacağını gözləyin.

Lokomotivin sürətini dayandıra bilərsən, özünü yox. Amma karantin sayəsində həkimlər gərgin işlərinə ara verə bildilər”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı