SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3604_20-milyon-abs-dollarini-asan-g-lir

İQTİSADİYYAT

Hamısı

20 milyon ABŞ dollarını aşan gəlir

(2 Yil, 2 Ay öncə) 709 İzlenme 0 Yorum
20 milyon ABŞ dollarını aşan gəlir

ÜMİDTV:         SOCAR 2016-cı ildə buraxdığı ilk istiqrazlarla qiymətli kağızlar bazarında böyük uğurlara imza atıb və təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan qiymətli kağız statusunu qoruyub saxlayıb.

“SOCAR Capital” şirkətindən “Report”a verilən məlumata görə, nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti beş il, illik gəlirliliyi 5% olan və faizləri rüblük ödənilən SOCAR İstiqrazlarının 1 milyon 250 min dollarlıq növbəti kupon ödənişi 18 yanvar tarixində istiqraz sahiblərinin hesablarına köçürüləcək (17 yanvar tarixi qeyri-iş gününə təsadüf etdiyindən, qanuvericiliyə əsasən, növbəti ilk iş günü).

Dörd ildən artıqdır ki, investorlar tərəfindən ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR istiqrazları 18 yanvarda baş tutacaq 2021-ci ilin ilk və ümumilikdə 17-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1,25 milyon ABŞ dolları məbləğində gəlir gətirəcək. Bununla da, istiqraz sahiblərinin toplam qazancı 21 milyon 250 min ABŞ dollarına yüksələcək.

Təkrar bazar əməliyyatları həcminin 195 milyon ABŞ dollarını aşması, bağlanmış əqd sayının 2 300-ü ötməsi, Bakı Fond Birjasında ən çox tədavül olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının 37 milyon ABŞ dollarına çatması SOCAR istiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir.

İstiqraz sahibləri vəsaitə ehtiyac duyduqda istiqrazlarını satmadan, REPO əməliyyatı etməklə, qısamüddətli vəsait cəlb edə, eləcə də istiqrazlarını bankda girov qoyaraq, sərfəli şərtlərlə kredit götürə bilərlər. Bu hallarda faiz gəlirləri itmir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR istiqrazlarının növbəti faiz ödənişi 2021-ci ilin 17 aprel tarixində baş tutacaq. Ətraflı məlumat üçün 19 99 nömrəsi investorların daim xidmətindədir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı