Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
ÜMİDTV: xəbər verir ki, dövlət başçısı ailəsi ilə Şuşadakı məscidi ziyarət edib. Prezident məscidə “Qurani-Kərim” kitabı bağışlayıb. Daha sonra İlham Əliyev və ailəsi məsciddə dualar ediblər.