SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3524_italiya-m-tbuati-prezident-ilham-liyev-biz-qarabag

SON XƏBƏR

Hamısı

İtaliya mətbuatı: “Prezident İlham Əliyev: Biz Qarabağda cənnət yaradacağıq”

(2 Yil, 3 Ay öncə) 723 İzlenme 0 Yorum
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: Biz Qarabağda cənnət yaradacağıq”

ÜMİDTV:         İtaliyanın nüfuzlu “Il Giornale” qəzeti, “Notizie Geopolitiche” analitik-informasiya portalı, “MSN Notizie” xəbər portalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə  2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilmiş müşavirədə Azərbaycan dövlət başçısının 2020-ci ildə ölkədə siyasi, iqtisadi, sosial sahələrdə baş vermiş əsas hadisələr, eləcə də 2021-ci il üzrə planlarla bağlı açıqlamları dərc olunub.

Məqalələrdə Prezident İlham Əliyevin fikirlərinə istinadən 2020-ci ilin bütün ölkələr üçün iqtisadi sahədə ağır il olduğu, amma Azərbaycanın digər ölkələrə nisbətən bu vəziyyətdən daha az itkilərlə çıxdığı, 2020-ci ildə Azərbaycanda qeyri-neft sənayesinin 11 faizdən çox artdığı, bunun da məhz şaxələndirmə hesabına əldə edildiyi və bunun real iqtisadiyyatın, qeyri-neft iqtisadiyyatının inkişafı demək olduğu bildirilib.

Prezident İlham Əliyevin 2020-ci ildə ölkədə kənd təsərrüfatının iki faiz, orta əməkhaqqı və orta pensiyaların təqribən 13-14 faiz artdığını, koronavirusla mübarizə üçün vəsitələr xərclənsə də, müharibə aparılsa da, digər xərclər, müavinətlər və sosial paketlər olsa da ölkənin valyuta ehtiyatlarının qorunduğunu, Dövlət Neft Fondunun vəsaitinin 0,5 faiz artdığını bildirdiyi qeyd olunub.

Eyni zamanda 2020-ci ilin sonunda - dekabrın 31-də Cənub Qaz Dəhlizinin tam istismara verildiyi barədə məlumat verdiyi qeyd olunub. Məqalədə beynəlxalq qurumların Azərbaycanda gedən işlərə verdikləri qiymətlə bağlı Prezident İlham Əliyevin fikirlərinə də yer verilib.

Müşavirədə Prezident İlham Əliyevin 2021-ci ilin planlarından danışaraq dövlət investisiya planında təsbit olunmuş ənənəvi işlərlə yanaşı, azad edilmiş ərazilərdə görüləcək işlər barədə verdiyi məlumatlardan da istifadə edilib. Bu xüsusda, birinci layihə kimi Şuşa şəhərinə yol layihəsi, Şuşa şəhərinə getmək üçün yeni yol çəkilişinin mütləq olduğu, bu sahədə işlərə artıq start verildiyi, Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolunun inşa olunmağa başlandığı və bu yolun nəzərdə tutulmuş qrafikdən daha tez bir zamanda inşa ediləcəyi bildirilib.

Digər vacib layihə kimi Toğanalı - Kəlbəcər yolu layihəsinə də start verildiyini və relyefin mürəkkəbliyini nəzərə alaraq, bu yolun üstündə tunellərin tikiləcəyini, habelə Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilməsi üçün hazırlıq işlərinə başlandığını bildirdiyi və Toğanalıdan Kəlbəcərə çəkiləcək yolun Laçın rayonu da daxil olmaqla davam etdiriləcəyini vurğuladığı, beləliklə, iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturunun yaranacağını bildirdiyi qeyd olunub.

Məlumatlar arasında Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarıldığı, ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanının tikiləcəyi, Füzuli şəhərində də beynəlxalq hava limanının inşa ediləcəyi, bunun həm Qarabağ bölgəsinin inkişafı üçün lazım olduğu, eyni zamanda, Şuşaya gəlmək istəyən xarici qonaqların rahat Füzuliyə enib, oradan avtomobillə Şuşaya gedəcəkləri, aeroportun tikintisi ilə paralel olaraq artıq Füzuli şəhərindən beynəlxalq uçuşların təşkili ilə bağlı ilkin araşdırmaların aparılmalı olduğu və aeroportun açılışından sonra qonşu ölkələrin bəziləri ilə hava nəqliyyatının təmin edilməsi üçün AZAL-ın müvafiq iş aparmalı olduğu qeyd olunub.

İtaliya mətbuatında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin müharibənin başa çatmasından iki aydan az vaxt keçməsinə baxmayaraq, artıq çox böyük işlərin görüldüyü də qeyd olunub.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı