SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3490_abbas-humb-tov-v-t-n-muharib-sind-federasiyamizin-

İDMAN

Hamısı

Abbas Hümbətov: “Vətən müharibəsində federasiyamızın bir idmançısı qəhrəmancasına döyüşərək şəhid olub”

(2 Yil, 3 Ay öncə) 749 İzlenme 0 Yorum
Abbas Hümbətov: “Vətən müharibəsində federasiyamızın bir idmançısı qəhrəmancasına döyüşərək şəhid olub”

ÜMİDTV:        “Ötən il ölkəmizdə idman nailiyyətləri baxımından uğurlu olmasa da, rəşadətli Azərbaycan Ordusunun zəfəri şanlı tariximizə qızıl hərflərlə yazıldı. İllərdir doğma yurd həsrəti ilə yaşayan, öz evindən didərgin düşən insanların əzəli torpaqlarımıza qayıtmasına çox az qalıb. Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, qətiyyəti, möhkəm iradəsi və Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində gerçəkləşdi”.

Bunu Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının prezidenti Abbas Hümbətov AZƏRTAC-a müsahibəsində deyib.

Vətən müharibəsində federasiyanın bir neçə idmançısının cəbhəyə yollandığını vurğulayan A.Hümbətov bildirib ki, onlardan Eşqin Tağıyev qəhrəmancasına döyüşərək şəhid olub. İki idmançı Azər Həmidov və Elnur İsayev yaralanıb. İsmət İsrafilov isə hazırda hərbi xidmətini davam etdirir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə E.Tağıyev “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Ötən ilin martından pençak-silat üzrə turnirlərin ləğv olunduğunu deyən federasiya prezidenti vurğulayıb:

“2020-ci ildə bir çox mötəbər turnirlərlə yanaşı, Malayziyada təşkili nəzərdə tutulan dünya çempionatı da təxirə salındı. Mundialın bu il keçirilməsi nəzərdə tutulub. İdmançılarımız hər zaman qitə və dünya birinciliklərində uğurla çıxış edərək mükafatçılar sırasında yer alırlar. Ümid edirəm ki, bu il də komandamız uğurlu seriyanı davam etdirəcək”.

Beynəlxalq idman qurumları ilə sıx əməkdaşlıq etdiklərini diqqətə çatdıran A.Hümbətov deyib ki, federasiyanın idmançıları təkcə pençak-silat yarışlarında iştirak etmirlər. Federasiya bu yaxınlarda Dünya Karate Federasiyasına üzv seçilib. Ötən il Antalyada Dünya Karate Federasiyasının rəhbərliyi altında dünya çempionatı təşkil olunmalı idi. Ancaq pandemiya səbəbindən bu yarış ləğv olundu. Aparılan danışıqlardan sonra mundialın bu il Azərbaycanda keçirilməsinə dair razılıq əldə edildi.

“İdmançılar formalarını saxlamaq üçün hazırda məşqləri evdə davam etdirirlər. Bunun üçün federasiya tərəfindən xüsusi plan hazırlanıb və onlara təqdim olunub. Əsas məqsədimiz cari ildə təşkil olunacaq dünya çempionatında Azərbaycanın dövlət himninin səslənməsinə və üçrəngli bayrağımızın dalğalanmasına nail olmaqdır”, - deyə A.Hümbətov əlavə edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı