SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3476_astarada-n-bas-verir-icra-bascisi-hara-baxir-rayon

SON XƏBƏR

Hamısı

ASTARADA NƏ BAŞ VERİR, İCRA BAŞÇISI HARA BAXIR, RAYONUN DEPUTATI HARDADIR? - ŞİKAYƏT - YENİLƏNİB

(2 Yil, 3 Ay öncə) 1,35 B İzlenme 0 Yorum
Astara rayonundan dərc etdiyimiz şikayətlə bağlı AÇIQLAMA gəldi

ÜMİDTV:      Xəbər verdiyimiz kimi, Astara rayonundan şikayətçi Radik Kərimovun müraciətini saytımızda dərc etmişik.

Şikayətlə bağlı açıqlama gecikmədi. 

Belə ki, şikayətçinin qardaşı adından redaksiyamıza zəng edən şəxs bildirdi ki, şikayətçinin məlumatları həqiqəti əks etdirmir. Zəng edən şəxs qeyd etdi ki, Radik Kərimova deputatın tapşırığı ilə dəfələrlə lazım olan köməklik göstərilib. 

Digər mənbədən daxil olan məkumata görə isə, hətta şikayətçiyə iş də təklif olunub, lakin şikayətçi  imtina edib. 

Şikayətçi isə iddiasında qalmaqda davam edir. 

Qeyd edək ki, şikayətçi sənəd və fotolardan başqa, hətta vəziyyəti əks etdirən video da çəkib bizə göndərmişdir.

Məsələni  nəzərə alaraq çəkiliş qrupumuzu şikayət ünvanına ezam edəcəyik.

Mövzunu diqqətdə saxlayacağlq.

 

İlkin xəbər 19:10

Hər zaman deyirik ki, ədalət hüququn təməlidir.  Hər bir demokratik hüquqi dövlətdə üç əsas prinsip-Qanunçuluq, Humanizm və Ədalət prinsipləri dövlətin əsas sütununu təşkil edir.  Dövlətin təməl daşı olan ədalət, vətəndaş hüquqlarının qorunmasında da önəmli rol oynayır. Azərbaycan Respublikasında da bu əsas amillər öndə tutulan amillərdir. Görəsən ölkəmizdə vətəndaş hüquqları necə qorunur?  Vətəndaş – məmur münasibətləri hansı həddədir.?

Astara rayonundan şikayət var !

Astara rayon Ərçivan kənd sakini, ailə üzvləri 4 nəfərdən ibarət olan, xəstəlikdən əziyyət çəkən Kərimov Radik İsmayıl oğlu, bizə müraciət edərək ona köməklik göstərməyimizi xahiş etmişdir.

Şikayətçi bildirir ki, ailə tərkibi 4 nəfərdir, evsiz-eşiksizdir, kirayədə yaşayır, özü xəstə olmaqla ailəsində işləyəni yoxdur. Qeyd edir ki, vəziyyətləri çox ağırdır. Vəziyyət o dərəcədə ağırdır ki, kirayə haqqını, kommunal xərcləri və hətta yeməyə belə pul tapmırlar. Ümumi vəziyyəti ilə bağlı bütün aidiyyatı qurumlara müraciət etsə də nəticəsi olmamışdır. Hətta rayon İcra hakimiyyətinə və Astara rayonunu Milli Məclisdə təmsil edən deputata da müraciət edib. Lakin bu günə qədər şikayətləri qulaq ardına vurulub.

Şikayətçi iddia edərək bildirir ki, dəfələrlə Astaranın deputatının köməkçisi ilə əlaqə yaratsa da hər dəfə deputat köməkçisi, “deputatı bu məsələlərə görə narahat etmək olmaz” deyərək ona zəng etməməyi bildirib.

Maraqlısı odur ki, cənab deputatın köməkçisi bu ifadəni işlədərkən nə demək istəyib görəsən.?  Görəsən cənab deputatı hansı məsələyə görə seçici narahat edə bilər?  Ümumiyyətlə cənab deputat seçiciləri ilə görüşürmü?  Şikayətçi Astara sakini deyilmi?  Vətəndaş niyə deputatdan və icra başçısından narazılığını dilə gətirmək, ona köməklik göstərmək üçün media-mətbuata üz tutmalıdır?  Rayon sakinininin üzləşdiyi problemlə kim məşğul olmalıdır?

 Bütün bu suallara növbəti həftə Ümid Tv Azərbaycan kanalının canlı efirində cavab tapmağa çalışacağıq.

Ölkədə Pandemiyanın tüğyan etdiyi bir dönəmdə vətəndaşın ağır durumunu nəzərə almayıb ona üz çevirən hər bir məmur və aidiyyatı məsul şəxs öz layiqli cəzasını almalıdır.

Şikayətçinin bəhs etdiyi sözügedən şəxslərlə əlaqə qurmaq istəsək də istəyimiz baş tutmadı.

Qarşı tərəf mövqeyini bildirə bilər.

 

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı