SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3423_mixail-taratuta-indi-h-r-sey-baydend-n-asilidir-ab

SİYASƏT

Hamısı

Mixail Taratuta: “İndi hər şey Baydendən asılıdır, ABŞ-da ciddi qarşıdurmalar gözlənilir”

(2 Yil, 3 Ay öncə) 688 İzlenme 0 Yorum
Mixail Taratuta: “İndi hər şey Baydendən asılıdır, ABŞ-da ciddi qarşıdurmalar gözlənilir”

ÜMİDTV:      ABŞ-da vəziyyət qarışıq olaraq qalmağa davam edir. Tramp hakimiyyəti dinc yolla ötürməyə hazır olduğunu, lakin seçkinin nəticələri ilə razılaşmadığını deyir. Amerikalıları bundan sonra hansı sürprizlər gözləyir?

Media.Az bununla bağlı Sovet və Rusiyanın əfsanəvi jurnalisti, məşhur “Amerika Mixail Taratuta ilə”, “Rusiya təpələri” proqramlarının müəllifi və aparıcısı Mixail Taratuta ilə söhbət edib.

Onun sözlərinə görə, ABŞ-da hakimiyyətin ötürülməsi barədə artıq hər şey həll olunub.

“Çox şey Co Baydenin hansı siyasəti yürüdəcəyindən asılı olacaq. Hazırda o, seçki vədlərindən, solçularla razılaşdırılmış platformasından geri çəkilir. Onların ümumi marağı var idi - Trampla mübarizə. Demokratlar qalib gəldikdən sonra, Bayden vədlərindən imtina etməyə başlayıb”.

Siyasi analitik bu tendensiyanın davam edəcəyi təqdirdə ABŞ-ın seçilən prezidentinin solçularla problem yaşayacağını, lakin trampçılarla güclü qarşıdurmanın olmayacağını bildirib:

“Əgər Co Bayden partiyasının sol qanadının maraqlı olduğu gündəliyi həyata keçirərsə, onda (6 yanvarda Vaşinqtonda - red.) gördüyümüz qədər ciddi problemlər yaşana bilər”, - deyə o, əlavə edib.

Müsahib qeyd edib ki, insanlar fikirlərini ifadə etmək və hər hansı bir şəkildə təsir göstərmək imkanına malik olmalıdır.

“Sosial media rəhbərliyi mövqelərinə zidd fikirləri (xüsusən Trampın açıqlamalarını) bloklamağa başlayıb. Halbuki ölkənin demək olar ki, yarısı Donald Trampa səs verib. Əgər demokratlar bu insanlarla hesablaşmasa, başqa variantların axtarışı başlanacaq və ciddi qarşıdurmalar mümkündür”.

M.Taratuta indi hər şeyin Co Baydendən, onun solçu, yaxud mərkəzçi siyasət aparmasından asılı olduğunu deyib.

“İkinci seçim olarsa, ölkədəki vəziyyət nisbətən daha sülh yolu ilə həll ediləcək”, - deyə analitik vurğulayıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı