SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3410_qazaxistandaki-seckil-ri-az-rbaycan-numay-nd-hey-t

SİYASƏT

Hamısı

Qazaxıstandakı seçkiləri Azərbaycan nümayəndə heyəti də izləyir, artıq bir sıra görüşlər keçirilib - Arzu Nağıyev

(2 Yil, 3 Ay öncə) 701 İzlenme 0 Yorum
Qazaxıstandakı seçkiləri Azərbaycan nümayəndə heyəti də izləyir, artıq bir sıra görüşlər keçirilib - Arzu Nağıyev

ÜMİDTV:      Qazaxıstanda yanvarın 10-da keçiriləcək parlament seçkilərini müşahidə edəcək MDB Parlamentlərarası Assambleyasının tərkibində olan Azərbaycan nümayəndə heyəti bu ölkədə bir sıra görüşlər keçirib.

Bu barədə Trend-ə açıqlamasında nümayəndə heyətinin üzvü, millət vəkili Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, nümayəndə heyəti seçkilərdə iştirak edən Qazaxıstanın bir neçə partiyasının əməkdaşları ilə görüşüb: "Qazaxıstanın Xalq Demokratik Partiyası, AUİL və Xalq partiyalarının nümayəndələri ilə görüşlər keçirdik. Həmçinin burada MDB Parlamentlərarası Assmableyasının tərkibində Qazaxıstanda parlament seçkilərini izləmək üçün gələn nümayəndə heyətlərinin iclası da keçirildi. Bundan başqa Nur-atan Partiyası, ASAU və digər partiyalarla, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşlər planlaşdırılır. Bizim nümayəndə heyəti əsasən Nursultan şəhəri və Baykanur rayonunda bir neçə seçki mənbtəqəsində müşahidə aparacaq".

A.Nağıyev bildirib ki, ölkədə seçkiöncəsi vəziyyət sabitdir: "Hazırda ölkədə seçki prosesi sakit keçir, vəziyyət normaldır. Prosesi izləmək üçün təkcə MDB Parlamentlərarası Assambleyasının deyil, digər beynəlxalq qurumlardan da xeyli sayda müşahidəçilər bu ölkəyə gəliblər və seçki prosesini izləyirlər. Türk Parlament Assambleyası, onlarla xarici dövlətlərin müşahidə missiyası və müstəqil müşahidəçilər Qazaxıstandadırlar. MDB Parlamentlərarası Assambleyası yanvarın 11-də saat 15:00-da müşahidələrin yekunları barədə mətbuat konfransı keçirəcək


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı