SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3343_deputat-elman-n-sirov-tarix-yazan-sg-rl-rinizin-he

SİYASƏT

Hamısı

Deputat Elman Nəsirov: Tarix yazan əsgərlərinizin heç biri unudulmayacaq, heç kəs diqqətdən kənarda qalmayacaq:

(2 Yil, 2 Ay öncə) 7,74 B İzlenme 0 Yorum
Deputat Elman Nəsirov: Tarix yazan əsgərlərinizin heç biri unudulmayacaq, heç kəs diqqətdən kənarda qalmayacaq:

44 günlük müharibədə tarix yazan şəhid və qaziləri günlük mizin ölkə başçısı tərəfindən medal və ordenlərlə təltif edilməsi prosesi davam edir. İndiyədək 90 minə yaxın döyüşçümüz müxtəlif medallarla təltif olunub. Amma bəziləri veteran adı, medallar və s. məsələlərlə bağlı narazılıq edir, bir çox əsgərin unudulduğunu iddia edirlər.

ÜMİDTV-nin məlumatına görə, Correct.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, heç kim unudulmayacaq, heç kəs diqqətdən kənarda qalmayacaq:

“Bu gün kimlərəsə veteran adının verilməsində və ya medallarla təltif edilməsində ləngimələr ola bilər. Əslində, bu, ləngimə deyil, normal prosesdir. Qısa vaxt ərzində 90 min döyüşçü artıq təltif olunub. Proses isə davam edir. Hamı layiq olduğu diqqəti görəcək.

Bu qələbənin əldə edilməsində, şübhəsiz ki, hər bir əsgərimizin, zabitimizin müstəsna xidməti var. Onlar sözün həqiqi mənasında tarix yazıblar. Allah şəhidlərimizi rəhmət eləsin. Heç kim yaddan çıxa bilməz. Sadəcə, işin həcmini nəzərə almaq lazımdır”.

Millət vəkili qeyd edib ki, dövlətimiz hər zaman əsgərin, qazinin və şəhid ailəsinin yanında olduğunu sübut edib:

“Dövlət öz zabitinin, əsgərinin – qələbəni təmin edən bu qüvvənin qiymətləndirilməsi istiqamətində çox ciddi addımlar atır. Əsgər, zabit və hərbçilərimizin sosial müdafiəsi ilə bağlı da paralel işlər görülür.

Sosial şəbəkələrdə bəzi hərbçilərimizin unudulduğu haqda mən də məlumatlara rast gəlirəm. Bu narahatlığı ifadə edənləri çox yaxşı anlayıram və qətiyyən onları qınamaq niyyətində deyiləm. Sadəcə, onlara demək istəyirəm ki, narahat olmasınlar. Döyüşlərdə, hərbi əməliyyatlarda iştirak edən hər bir əsgərin qeydiyyatı aparılır – harda, hansı döyüşlərdə iştirak ediblər, onlar hansı ödülləri haqq edirlər və s. Burada sadəcə gün söhbəti var. Eyni vaxtda hər kəsi təltif etmirlər. Bu, müəyyən bir prosesdir, heç kim diqqətdən kənarda qalmayacaq, bütün döyüşçülər, bütün əsgərlər təltif olunacaq və qayğı görəcək”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı