SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3328_2020-ci-ild-bohran-maliyy-bank-sektoruna-sicraya-b

İQTİSADİYYAT

Hamısı

2020-ci ildə böhran maliyyə-bank sektoruna “sıçraya” bilmədi - ŞƏRH

(2 Yil, 3 Ay öncə) 736 İzlenme 0 Yorum
2020-ci ildə böhran maliyyə-bank sektoruna “sıçraya” bilmədi - ŞƏRH

ÜMİDTV:        2020-ci ildə iqtisadiyyatda geriləmə fonunda bəzi sahələrdə artımın keyfiyyəti yüksəlib.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib. 

O bildirib ki, iqtisadi geriləmənin dörd faizdən artıq olduğu halda qeyri-neft-qaz sənayesinin modern texnologiyaları tətbiq etməklə 11 faizdən artıq yüksəlməsi, bu sektorun iqtisadiyyatda xüsusi çəkisini 16 faizdən çox edib:

“Daha çox yeni dəyər yaradan sənayeləşmə isə iqtisadiyyatın rəqabət qabiliyyətini artırır, Harvard Universitetinin hesabladığı “iqtisadi mürəkkəblik indeksi”ni yüksəldir. Emal sənayesində kimya, əczaçılıq, metallurgiya, elektron, optik, rezin, plastik kütlə məhsullarının istehsalının əhəmiyyətli artması idxalın əvəzlənməsi, ixracyönümlülük və dəyər zəncirlərinə qoşulmaq baxımından vacibdir. Neft hasilatının azalması fonunda TAP-ın istifadəyə verilməsilə Azərbaycanda qaz hasilatının ilbəil yüksəlməsi və iqtisadi artımı dəstəkləməsi proqnozlaşdırılır”.

V.Qasımlının sözlərinə görə, 2020-ci ildə iqtisadi artımın keyfiyyət dəyişikliyi ilə yanaşı dövlət idarəçiliyinin səmərəliliyinin artırılması və struktur islahatları baxımından addımlar atıldı:

“2020-ci ildə siyasi dialoqun dərinləşməsi, kadr islahatlarının aparılması, korrupsiya ilə mübarizə, yeni parlamentin formalaşdırılması, Nazirlər Kabinetinin işinin təkmilləşdirilməsi, yeni iqtisadi siyasət çərçivəsi - İqtisadi Şuranın və işğaldan azad edilən ərazilər üzrə Əlaqələndirmə Qərargahının yaradılması, su resurslarının idarə edilməsinin təkmilləşdirilməsi, Dövlət İnvestisiya Holdinqinin və YAŞAT fondunun fəaliyyətə başlaması, dövlət idarəçiliyində səmərəliliyin, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlər mühüm oldu”. 

Mərkəzin rəhbəri qeyd edib ki, Azərbaycan 2020-ci ildə iqtisadi geriləmənin və sosial rifahın düşməsinin daha kəskin olmasının qarşısını almaq üçün yalnız öz resurslarına əsaslandı, manatın sabitliyini qorudu, inflyasiyanı aşağı həddə saxladı, dövlət borcunun artmasına və strateji valyuta ehtiyatlarının kəskin azalmasına imkan vermədi, cari əməliyyatlar hesabı aşağı neft qiymətlərinə baxmayaraq tarazlığını qorudu:

“Hətta maliyyə-bank sektorunda 2020-ci ilin ilk yarısında yaranan neqativ trendlər, ilin ikinci yarısında müsbətə doğru dəyişdi, böhran bu sektora “sıçraya” bilmədi. 2020-ci ildə “fiskal fəza”dan istifadə etməklə dövlət büdcəsində 2,3 milyard manatlıq maliyyə təminatının yaradılması və Mәrkәzi Bank tәrәfindәn ünvanlı likvidlik dәstәyinin göstәrilmәsi bütövlükdə pandemiya ilə mübarizədə öz sözünü dedi. 2019-cu ildə həyata keçirilən inqilabi sosial islahatların 2020-ci ildə üç milyard manatlıq maliyyə yükü ilə yanaşı, həm də 3,5 milyard manat civarında anti-pandemiya büdcəsi formalaşdırıldı. Beləliklə, iqtisadiyyatın daha az ziyan çəkməsi onun daha tez bərpası imkanını yaradır”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı