SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3300_mixail-xodarenok-dagliq-qarabagin-g-l-c-yini-yalni

SİYASƏT

Hamısı

Mixail Xodarenok: Dağlıq Qarabağın gələcəyini yalnız Azərbaycan müəyyənləşdirir - MÜSAHİBƏ

(2 Yil, 2 Ay öncə) 694 İzlenme 0 Yorum
Mixail Xodarenok: Dağlıq Qarabağın gələcəyini yalnız Azərbaycan müəyyənləşdirir - MÜSAHİBƏ

ÜMİDTV:      Mediada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə Moskvada üçtərəfli görüş barədə məlumat verilib. Hətta ilkin tarix deyilir - 11 yanvar. İrəvanda etirazçıların səsləndirdiyi revanşist şüarları nəzərə alsaq, bu nəyə gətirib çıxara bilər?

Media.Az-ın bugünkü həmsöhbəti, tanınmış rus hərbi icmalçısı, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Baş İdarəsində xidmət edən ehtiyatda olan polkovnik Mixail Xodarenokdur:

- Gəlin, Ermənistandakı revanşist hisslərdən başlayım. Hər cür sözlər deyilə bilər, siyasətçilər tez-tez fərqli açıqlamalar verirlər. Ancaq hərbi-siyasi ifadələr hərbi güclə dəstəklənməlidir. Hərbi güc tərəfindən dəstəklənməyən açıqlamalar eşidilirsə (Ermənistanda - red.), bu boş sözdən başqa bir şey deyil. Bu, yalnız ictimai rəyin oyanmasına səbəb olur, vəssalam. Əgər kimsə problemi hərbi yolla həll etmək istəyirsə, heç olmasa müvafiq vasitələrə sahib olmalıdır. Bunlar elementar həqiqətlərdir. Və belə imkanlar yoxdursa, heç bir şey dəyişməz.

İndi isə Moskvadakı mümkün görüş barədə danışaq. İstisna etmirəm ki, məsələn, Dağlıq Qarabağın statusu müzakirə olunacaq. Ancaq bu, yalnız Azərbaycan maraqları əsasında müəyyənləşdiriləcək. Azərbaycan münaqişənin qalib tərəfidir. Bakının həm siyasi, həm də hərbi üstünlükləri var. Strateji baxımdan Ermənistan tərəfinin mövqeyi mənə inandırıcı görünmür. O, nə iqtisadi, nə də hərbi imkanlarla təmin olunmayıb.

- Dağlıq Qarabağın “statusu” termini məsələsinə toxunacağam. 10 noyabrda imzalanan açıqlamaya görə, belə bir anlayış yoxdur. Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərindən Rusiya prezidenti Vladimir Putin də danışıb. Bəlkə Qarabağın statusu yox, Azərbaycanın bir hissəsi kimi tərifi olan başqa bir termindən istifadə etməyə dəyər?

- Əslində belədir, biz eyni şeydən bəhs edirik. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınan bir hissəsidir. Bu ərazidəki vəziyyəti yalnız Bakı (kiminsə xoşuna gəlsə də, gəlməsə də) müəyyənləşdirəcəkdir. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin strateji mövqeyi yalnız bu ərazinin qeyd-şərtsiz Azərbaycana aid edilməsindədir. Başqa heç bir variant yoxdur. Zaman yalnız iqtisadi və müdafiə qüdrəti artmağa davam edən Azərbaycanın xeyrinədir. Ermənistan barədə isə bunu demək olmaz.

- Son həftələrdə bəzi erməni analitiklər Ermənistan ordusunun məhv edildiyini və iqtisadiyyatın böhran içində olduğunu qəbul etməyə başladılar. Bəli, bu cür nəşrlər çox deyil, amma var. Ermənistanın düşdüyü “ideal fırtına”dan da, milyardlarla dollar dəyərində hərbi texnika itkisindən də danışırlar. Bu o deməkdir ki, İrəvanda hərbi məğlubiyyətin miqyası barədə anlayış yaranır?

- Mənim qiymətləndirməm belədir: çətin ki, əksəriyyət (erməni cəmiyyətinin - red.) baş verənlərin miqyasını başa düşsün. Xüsusilə vurğulamaq istərdim ki, nə Azərbaycan, nə də Ermənistan üçün danışmıram. Mən obyektiv mövqedən çıxış edirəm. Ancaq ümumi hərbi-strateji vəziyyət Ermənistanın xeyrinə deyil, bu göz qabağındadır. Onların (Ermənistan - red.) müasir bir ordu qurması üçün xeyli vəsait, illərin zəhməti lazımdır. Ermənistanın isə belə imkanları yoxdur.

Müttəfiqlər məsələsi də var. Hesab olunur ki, Moskva İrəvanın müttəfiqidir. Ancaq vəziyyət belə birmənalı deyil. Kreml həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlərdə maraqlıdır. Buna görə də Rusiya Ermənistanın arzuladığı kimi tərəf tutmadı.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı