SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3269_abs-da-muhacir-az-rbaycanlilarin-uyudugu-q-birista

DÜNYA

Hamısı

ABŞ-da mühacir azərbaycanlıların uyuduğu qəbiristanlıq - FOTO

(2 Yil, 2 Ay öncə) 693 İzlenme 0 Yorum
ABŞ-da mühacir azərbaycanlıların uyuduğu qəbiristanlıq - FOTO

ÜMİDTV:      ABŞ-a mühacir kimi köçmüş, bu ölkədə vəfat etmiş həmvətənlərimizin uyuduqları və təəssüf ki, yox olmaq üzrə olan azərbaycanlıların məzarlığından çoxumuz xəbərsizik.

“Report” unudulmuş qərib məzarların sorağı ilə ABŞ-ın Nyu-Cersi ştatının, Paramus şəhərinin Corc Vaşinqton qəbiristanlığını ziyarət edib.

Müsəlman qəbiristanlığında azərbaycanlıların məzarını tapmaq heç də, asan olmadı. Lakin qəbiristanlıq işçilərindən əldə etdiyimiz xəritə ilə böyük ərazisi olan məzarlıqda artıq itib-batmaq üzrə olan məzarları çətinliklə də, olsa tapa bildik.

Vətən həsrətilə yaşamış insanların ətrafını ot basmış məzarlarının ziyarətçi üzünə həsrət qaldığı açıq şəkildə görünür. İllərdir ziyarət olunmayan qəbirlərdə nə bir gül-çiçək, nə də bayraq gördük.

Qeyd edək ki, qəbiristanlıqda ölkəmizin müxtəlif şəhərlərindən (Gəncə, Şəki, Salyan, Naxçıvan, Bakı, Qarabağ bölgəsi və s.) olan 30-dan çox məzar var. Məzarların üzərindəki kiçik dəmir lövhələrdə mərhumların ad və soyadları, doğulduqları ölkə və şəhər, eyni zamanda doğum və ölüm tarixləri yazılıb.

Baxımsız qalan qəbirlərin bəziləri artıq yox olmaq üzrədir. Bələdçimiz, 40 ildən çoxdur ABŞ-da yaşayan Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli qəbirlərin üzərinə çiçək dəstələri və Azərbaycan bayrağı qoyaraq, həmvətənlərimizin ruhuna dualar oxudu.

E.Yerdələnli deyir ki, dünyasını dəyişənlərin bəzilərini şəxsən, bəzilərinin isə doğmalarını tanıyır:

“Onların bir çoxu ABŞ-a mühacir olaraq gələn ilk azərbaycanlılardır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və bolşeviklərin zülmündən qaçan 30-dan çox azərbaycanlı bura gəlib. Onların bir çoxu Nyu-Yorka sığınıb, burada Azərbaycan Cəmiyyətini qurublar. Məqsədləri bir gün müstəqil Azərbaycana geri dönmək idi. Çətin şərtlərlə burada pul toplayıb, Azərbaycan Evi üçün bina almışdılar. O evin həyətində məscid də vardı. Onlar ABŞ-da Azərbaycan mədəniyyətini yaşadırdılar. Tez-tez Azərbaycan Evində toplaşırdılar, bayramları burada qeyd edirdilər, bir-birilərinə arxa-dayaq olurdular. Azərbaycan bayraqları ilə yürüşlər edir, Vətəndən uzaq olsalar da, Vətən həsrəti ilə yaşayırdılar. Hər biri Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün mücadilə verən böyük şəxsiyyətlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəyin oğlu Saleh bəy Şeyxzamanlı, azadlıq mübarizəsində onlarla çiyin-çiyinə savaşmış İlhan Adıgözəl, Abasalam Kazımzadə və tanımadığım daha bir neçə böyük şəxsiyyət bu məzarlıqda uyuyur”.

E.Yerdələnli deyir ki, məzarlıqda İkinci Dünya müharibəsi illərində Almaniyada xidmət etmiş və faşistlərdən qaçaraq ABŞ-a sığınan bir qrup azərbaycanlının da məzarları var:

“Onların sayı təxmini 250-300 nəfərdir. Qəbiristanlıqda həmçinin digər türkdilli ölkələrdən olan insanların da məzarları var. Onlardan fərqli olaraq, burada dəfn olunan və ya ABŞ-a ilk gələn azərbaycanlılar haqqında dolğun məlumat yoxdur”

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı