SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3161_abs-da-az-rbaycanli-sagird-donald-trampin-xususi-m

TÜRKİYƏ

Hamısı

ABŞ-da azərbaycanlı şagird Donald Trampın xüsusi mükafatına layiq görüldü - FOTO

(2 Yil, 3 Ay öncə) 812 İzlenme 0 Yorum
ABŞ-da azərbaycanlı şagird Donald Trampın xüsusi mükafatına layiq görüldü - FOTO

ÜMİDTV:       ABŞ-ın Merilend ştatının “Crofton” məktəbində təhsil alan həmyerlimiz, 14 yaşlı Xədicə İbrahimova təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Birləşmiş Ştatlar Prezidenti Donald Trampın imzası ilə “Outstanding Academic Excellence” mükafatına layiq görülüb.

Xədicənin atası İmamverdi İbrahimov “Report”a müsahibəsində bildirib ki, qızı hələ kiçik yaşlarında xüsusi istedadı ilə həmyaşıdlarından fərqlənib və təhsil aldığı məktəbdə bu günə qədər müxtəlif fənlər üzrə uğurlarına görə 40-dan çox mükafat alıb:

“Həyat yoldaşım da, mən də Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişik. 2005-ci ildən ABŞ-da yaşayırıq. İki övladım var - Xədicə və Dəniz. Xədicə 2006-cı ildə Vircinyada doğulub. Hazırda doqquzuncu sinif şagirdidir. Dəniz isə birinci sinfə gedir.

Xədicə hələ beş yaşından məktəbdə oxumağa başladı. Hazırda riyaziyyat və ingilis dili üzrə xüsusi istedadlı uşaqlardan ibarət proqram üzrə təhsil alır”.

O qeyd edib ki, ABŞ-da ibtidai, orta və yuxarı siniflərin təhsildə nailiyyətləri ilə fərqlənmiş şagirdlər üçün müəyyən olunmuş mükafat Orta Məktəb Direktorlarının Milli Assosiasiyası tərəfindən nəzərdə tutulmuş meyarlar əsasında verilir:

“Sevinirəm ki, övladım məhdud sayda şagirdin layiq görüldüyü ABŞ Prezidentinin mükafatını aldı. Mükafat Xədicəyə Prezident Trampın və Təhsil nazirinin adından təqdim edildi. Xədicə bu günə qədər məktəbdə müxtəlif nominasiyalar üzrə onlarla mükafata layiq görülüb. Ancaq Donald Trampın imzası ilə verilən bu mükafat onun bütün təhsil uğurlarının zirvəsi oldu”.

Məktəbin direktoru bu münasibətlə ailəyə zəng edərək onları təbrik edib:

“Onlar bu naliyyətə bizim qədər sevinirlər. Çünki Xədicənin uğuru onun təhsil aldığı məktəbin də nailiyyətidir”.

İmamverdi İbrahimov deyib ki, Xədicə ABŞ-da doğulsa da, Azərbaycan dilini mükəmməl bilir və arzusu Qarabağa getməkdir:

“Biz evdə Azərbaycan dilində danışırıq. Çalışıram ki, övladlarım vətənpərvər ruhda böyüsünlər, düşmənləri, dostları yaxşı tanısınlar.

Övladlarım Azərbaycanın dünəni, bu günü, tarixi haqda məlumatlıdılar. 44 günlük Vətən Müharibəsində mənə Qarabağ haqqında çox suallar verdilər və onları məlumatlandırdım”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı