SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3139_isgaldan-azad-olunan-razil-r-s-rmay-qoyulusuna-sta

İQTİSADİYYAT

Hamısı

İşğaldan azad olunan ərazilərə sərmayə qoyuluşuna start verilib

(2 Yil, 3 Ay öncə) 1,03 B İzlenme 0 Yorum
İşğaldan azad olunan ərazilərə sərmayə qoyuluşuna start verilib

ÜMİDTV:    2020-ci ilə Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlasa da, sonrakı dövrdə koronavirus pandemiyasının mənfi təsirləri geriləməni qaçılmaz etdi. Cari ilin ilk ayında ölkədə 2,4 faizə, fevralda 2,8 faizə yüksələn iqtisadi artım mart ayında 1, apreldə isə 0,2 faizə endi. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi ölkənin bütün potensialının vahid məqsəd üçün səfərbər olunmasına yönəldildi. 

İşğaldan azad edilən Azərbaycan ərazilərinin ölkə iqtisadiyyatına inteqrasiya prosesinə start verilməsi gələcəyə böyük ümidlərlə baxmağa imkan verir. 

2020-ci ilin ən vacib iqtisadi hadisələrindən biri Azərbaycan İnvestisiya Holdinqinin yaradılması oldu. Eyni zamanda “Cənubi Qaz Dəhlizi”nin son seqmenti olan TAP-ın tikintisinin yekunlaşdırılması, bununla da, TAP-la Xəzər dənizindəki qazın ilk dəfə Avropaya nəqlinin təmin edilməsi Azərbaycanın qaz satışı bazarında mövqeyinin möhkəmlənməsini təmin etdi. Tap ölkəmizin qitənin enerji təhlükəsizliyində rolunun gücləndirilməsinə töhfə verdi. 2020-ci ilin Azərbaycan tarixində mühüm qələbə ili olduğunu nəzərə alsaq, işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiyanın hazırlanması və Şuşada istehsal müəssisələrinin fəaliyyətə başlaması əlamətdarlığı ilə fərqləndi. 

Nəticə etibarilə, pandemiyanın yaratdığı müxtəlif çətinliklərə, o cümlədən iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, Vətən müharibəsində qazanılan qələbə, həmçinin Azərbaycan iqtisadiyyatının davamlılığının bariz göstəricisidir. İqtisadiyyatın davamlılığı isə pandemiyanın fəsadlarının qısa zamanda aradan qaldırılmasına və geriləmənin tezliklə artımla əvəz olunmasına əminlik yaradır. 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı