SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3090_emin-haciyev-heyd-r-liyevin-az-rbaycanciliq-ideyas

SİYASƏT

Hamısı

Emin Hacıyev: “Heydər Əliyevin azərbaycançılıq ideyası dünya azərbaycanlılarını birləşdirən platformadır”

(3 Yil, 4 Ay öncə) 750 İzlenme 0 Yorum
Emin Hacıyev: “Heydər Əliyevin azərbaycançılıq ideyası dünya azərbaycanlılarını birləşdirən platformadır”

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası dünya azərbaycanlılarının milli həmrəyliyini yaradan ali məfkurədir. SSRİ dövründə bir çox siyasi reallıqların, o cümlədən sovet ideologiyasının mövcud olduğu vaxtlarda məhz Heydər Əliyevin müəyyən etdiyi siyasətlə dünya azərbaycanlıları arasında milli birliyə ciddi təkan verən mədəniyyət, incəsənət sahəsində böyük işlər aparılırdı. Bu da dünya azərbaycanlılarının tarixi Vətənləri ilə - Azərbaycanla sıx əlaqələrinin yaranmasına ciddi təkan verirdi.

Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideyasını birləşdirici platformaya çevirib, onun Azərbaycana rəhbərlik etdiyi dövrdə bu ideya zənginləşib və dünya azərbaycanlılarının “səfərbər” olunmasında əvəzolunmaz rol oynayıb. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması görkəmli dövlət xadimi Heydər Əliyevin tarixi xidmətidir.

Əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu azərbaycançılıq ideyası Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü diaspor siyasətində qorunub inkişaf etdirilir. 

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun xaricdə gördüyü işlər təqdirəlayiqdir və Azərbaycan diasporunun, eləcə də beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında xüsusi önəmə malikdir. Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən sayılan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl iş görür.

Mehriban Əliyevanın təşəbbüsü ilə artıq bir neçə ölkədə Azərbaycan evləri və “Qarabağ” adlı Azərbaycan məktəbləri fəaliyyətə başlayıb. Bu nəcib addım diasporumuzun təşkilatlanmasında xüsusi rola malikdir.

Başqa bir məqama da diqqət etməliyik ki, artıq xarici ölkələrdə Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlıq inkişaf edir, bir sıra mühüm tədbirlər həyata keçirilib. Diasporlar arasında münasibətlərin möhkəmlənməsində Azərbaycan və Türkiyənin dövlət başçılarının da vahid platformadan çıxış etmələri diqqəti cəlb edir.

Ölkəmizin İkinci Qarabağ müharibəsindəki böyük qələbəsi xaricdə yaşayan azərbaycanlıların da məsuliyyətini xeyli artırdı. Diaspor təşkilatları və diaspor üzvləri Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində məqsədyönlü şəkildə iş apardılar. Onlarla ölkədə yüzlərlə yürüş-mitinq keçirildi və beynəlxalq ictimaiyyət həqiqətlərlə tanış oldu.

 “Qarabağ Azərbaycandır” şüarı dünyanın hər yerində küçə və meydanları bəzədi. Xaricdə yaşayan azərbaycanlılar rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlığı haqqında dünya mediasında məlumatların yayılmasında böyük rol oynadılar. 

Biz bu il tariximizn ən gözəl həmrəylik günlərindən birini yaşayırıq. Dünya azərbaycanlıları öz fəaliyyətləri ilə bir daha sübut etdilər ki, hər zaman Müzəffər Ali Baş Komandanın yanındadırlar və harada yaşamalarından asılı olmayaraq, Ana Vətənlərinin mənafelərinin müdafiəsinə hazırdırlar. Yaşasın əbədi birliyimiz və həmrəyliyimiz!

Millət vəkili Emin Hacıyev


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı