SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/3056_qarabagda-dusm-nin-m-hv-etdiyi-m-d-niyy-t-v-t-hsil

MƏDƏNİYYƏT

Hamısı

Qarabağda düşmənin məhv etdiyi mədəniyyət və təhsil ocaqlarının sayı açıqlandı

(3 Yil, 4 Ay öncə) 2,62 B İzlenme 0 Yorum
Qarabağda düşmənin məhv etdiyi mədəniyyət və təhsil ocaqlarının sayı açıqlandı

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində ekoloji və mədəni irs sahəsində məktəb və məktəbdənkənar təhsil müəssisələrinin rolu” adlı onlayn “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa”nın keçirilməsində məqsəd Qarabağın ekoloji terrora məruz qalmış və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində məktəblilərin ekoloji, regional diyarşünaslıq və mədəniyyət haqqında bilik və bacarıqlarının artırılması, “Yaşıl şəbəkə” proqramı və “Mədəni irs məktəblilər üçün onlayn platforma”nın əhatə dairəsinin genişləndirilməsi və gücləndirilməsi olub.

Həmçinin, uşaq və gənclərin ətraf mühitin qorunmasında fəal iştirakının təmin edilməsi, onlara ekoloji tərbiyə və mədəniyyətin aşılanması, diyarşünaslıq, ekoturizmin inkişafı və ətraf mühitin mühafizəsi məqsədilə yerli və beynəlxalq təşkilatlarla birgə 2021-ci ilin l yarısında keçiriləcək silsilə tədbirlərə uşaq və gənclərin cəlb edilməsi də əsas məqsədlərdən olub.

Learn more

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, dörd rəsm qalareyası, dörd teatr müəssisəsi, iki konsert müəssisəsi, səkkiz mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.

Nazir müavini diqqətə çatdırıb ki, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır və bu prosesdə Azərbaycan gəncləri fəal iştirak edəcəklər:

“Qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə işğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır.

İşğal olunmuş ərazilərdə mövcud problemlərin həlli üçün ciddi tədbirlər görülməli, ekoloji və mədəni irs nümunələrinin vəziyyəti təhlil olunmalı, təbii resurslardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi məsələləri prioritet istiqamətlər arasında ön sıralarda olmalıdır”.

F.Qurbanovun sözlərinə görə, Qarabağın ekoloji terrora məruz qalmış və işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpası istiqamətində məktəblilərin ekoloji, regional diyarşünaslıq və mədəniyyət haqqında bilik və bacarıqların artırılması, onlarda vətənpərvərlik ruhunun formalaşmasına və gücləndirilməsinə müsbət təsirini göstərəcək.

Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuza Sultan-zadə təqdimatlarla çıxış ediblər.

“Dəyirmi masa”da mövzu ətrafında müzakirələr aparılıb və RUGİM tərəfindən “Yaşıl şəbəkə”, eləcə də “Mədəni irs məktəblilər üçün onlayn platforma”da keçirilən proqramların təqdimatı olub.  


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı