Şəmkir rayonunda ümumi sahəsi 150 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 85 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.