SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/298_30-ildir-ki-ol-n-aktyor-efirl-r-d-v-t-olundu-utand

SON XƏBƏR

Hamısı

30 ildir ki, ölən aktyor efirlərə dəvət olundu - UTANDIRICI

(3 Yil, 11 Ay öncə) 1,41 B İzlenme 0 Yorum
Bəzi televiziya jurnalistləri 1990-cı ildə vəfat edən Xalq artisti Hamlet Xanızadəni efirə dəvət etmək istəyiblər.

ÜMİDTV.com:     Bu barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə bu barədə ona aktyorun qızı Aygün Xanızadə məlumat verib.

“Hamlet Xanızadənin qızı Aygün Xanızadə bir az əvvəl dedi, gəl, atamın adına açdığım feysbuk səhifəsinə göndərilən mesajları sənə oxuyum. Maraqlı gəldi. Məlum oldu ki, bizim televiziya jurnalistləri Hamlet Xanızadəni verilişə dəvət edirlər. Aygün bunu mənə zarafatla, gülə-gülə göstərirdi, amma mən TV jurnalistləri adına xəcalət çəkirdim. Yazırlar ki, Hamlet müəllim, filan aktyor haqqında verilişimiz olacaq, nolar, gəlin siz də iştirak edin. Hətta biri yazıb ki, mən Nazlı xanımam, sizi çox sevirəm, gəlin verilişimizdə özünüz haqqında məlumat verin”.

Sənətkarın qızı atasının 30 il əvvəl dünyasını dəyişdiyini bildirdikdə isə bu şəxslər Aygün Xanızadədən onların kimliyini heç yerdə açıqlamamasını xahiş ediblər.

“Aygün xanım bəziləri ilə sərt danışıb. Xahiş ediblər ki, heç kimə deməyin, bizi işdən çıxararlar. Mən də ad yazmıram. Amma bu adamları necə işə götürürlər, hardan tapırlar, necə işdə saxlayırlar? Aygün cavab verəndə ki mənim atam 1990-cı ildə dünyasını dəyişib, dərhal söhbəti fırladırlar: niyə belə acıqlı danışırsınız, o, bizim üçün həmişə sağdır”,- deyə o, qeyd edib.

Xatırladaq ki, Xalq artisti Hamlet Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan kəndində doğulub. 1965-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Görkəmli aktyorumuz 3 fevral 1990-cı ildə 49 yaşında, 20 Yanvar faciəsindən 13 gün sonra vəfat edib.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı