SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2956_bakidan-istanbula-biletin-qiym-ti-istanbuldan-nyu-

İQTİSADİYYAT

Hamısı

Bakıdan İstanbula biletin qiyməti İstanbuldan Nyu-Yorka olandan bahadır” – İqtisadçıdan çağırış

(3 Yil, 3 Ay öncə) 711 İzlenme 0 Yorum
Bakıdan İstanbula biletin qiyməti İstanbuldan Nyu-Yorka olandan bahadır” – İqtisadçıdan çağırış

Dekabrın 31-dən Ermənistanın türk mallarının idxalına qoyduğu qadağa qüvvəyə minir. 

ÜMİDTV:     xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, son illər Türkiyədən Ermənistana orta illik idxal 250 milyon dollar ətrafında olub. Ermənıstanın iqtisadiyyat naziri Vaan Kerobyanın mətbuata verdiyi açıqlamaya görə, onlar artıq türk mallarının əvəzedicilərinin hardan alınmasını müəyyənləşdiriblər. Bu Avrasiya İqtisadi İttifaqı, Avropa Birliyi ölkələri, Çin və Gürcüstandır.

“Qarabağ müharibəsində tutduğu mövqeyə görə Türkiyəyə iqtisadi və siyasi təzyiqlərə məruz qalır. Odur ki, sahibkar olaraq Azərbaycan və Türkiyə arasında iqtisadi ticari əlaqələrimizi və investisiya əməkdaşlığımızı daha da genişləndirməli, istehlakçı olaraq, malların və xidmətlərin alınmasında, online sifarişlərində türk məhsullarına üstünlük verməliyik.

Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bunun üçün hələ də lazımı mühit yaradılmır, əksinə bu əlaqələrin məhdudlaşdırılması istiqamətində addımlar atılır. Məsələn, Bakıdan İstanbula və geriyə təyyarə biletinin qiyməti İstanbuldan Nyu-Yorka və geriyə uçuşdan bahadır. Yaxud, İstanbuldan Bakıya gələn sərnişinlər Bakıda daha çox gömrük yoxlamalarına məruz qalırlar. Odur ki, təklif edirəm:

1) Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası keçirilsin və ticari-iqtisadi mütəffiqliyə dair yeni sənədlər imzalansın.

2) 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanan və bu günlərdə Türkiyə Böyük Millət Məclisində təsdiqlənən Türkiyə və Azərbaycan arasında Preferensial Ticarət Sazişin subyektinə daxil olan mal qrupların genişləndirilsin.

3) Türkiyə və Azərbaycan arasında ticarət asanlaşdırılmasına və təşviq edilməsinə, mallar üzrə tariflərin azaldılmasına və ya ləğv olunmasına, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunmasına dair yeni saziş imzalansın.

4) Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Mərkəzi Bankı arasında swap (ikili bir valyuta mübadiləsi) sazişi imzalansın.

5) Türkiyədən idxalla məşğul olan şirkətlər dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində türk mallarına 1 həftəlik güzəşt kampaniyası keçirsin.

6) İstehlakçılar ştrix kodu 869-la başlayan türk mallarının alışına üstünlük versin”.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı