SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2929_lerikd-mu-llim-avtomobil-q-zasinda-oldu-foto

REGİON

Hamısı

Lerikdə müəllim avtomobil qəzasında öldü - FOTO

(1 Ay, 0 Gün öncə) 861 İzlenme 0 Yorum
Lerikdə müəllim avtomobil qəzasında öldü - FOTO

 ÜMİDTV  HADİSƏ:     Lerik rayonunda müəllim avtomobil qəzasında dünyasını dəyişib.

Hadisə Lənkəran-Lerik yolunun Lerik rayonunun Günəşli kəndi ərazisində baş verib.

Belə ki, 1968-ci il təvəllüdlü Əliheydər Feyruz oğlu Eyvazov idarə etdiyi UAZ markalı avtomobilin idarəetməsini itirib.

Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərədəki çaya aşıb və qaya parçasına çırpılıb. Zərbənin gücündən yaralı sürücü çaya düşüb. Nəticədə avtomobilin sürücüsü rayonun Durğan kənd sakini, kənddə müəllim işləyən Ə.Eyvazov dünyasını dəyişib.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    16 Gün, 17 Saat öncə
BIST
1542-0,64
ALTIN
442,3810,00
EURO
9,01050,76
DOLAR
7,39850,43
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 24 şəxs qatıldı