SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2928_muasir-az-rbaycandan-g-l-c-y-dogru-ilham-liyevl-ir

SİYASƏT

Hamısı

Müasir Azərbaycandan gələcəyə doğru İlham Əliyevlə irəli deyirik !-Rəhman Cəbiyev ÜmidTv

(3 Yil, 3 Ay öncə) 34,69 B İzlenme 0 Yorum
Prezident İlham Əliyev Müasir Azərbaycanın tarixinə adını qızıl hərflərlə yazan əvəzolunmaz LİDERDİR !

ÜMİDTV:      Sovet İmperiyasının əsarətindən qəhrəman Azərbaycan vətəndaşlarının qanı hesabına qurtulan Azərbaycan xalqı, tarixdə ilk dəfə ümumxalq birliyi sayəsində dövlət müstəqilliyini bərqərar etdi.   Azərbaycan müstəqil dövlət kimi rəsmən tanınsa da, daxili çəkişmələr üzündən ölkədə özbaşınalığın pik həddə çatması  dövlət müstəqilliyimizi hər an təhlükə ilə üz-üzə qoymuşdu. Torpaqlarımızın 20%-nin işğal olunmasının  elə əsas səbəblərindən biri  də ölkədə aparılan hakimiyyət uğrunda mübarizə və hakimiyyətdə olan qüvvələrin yarıtmaz siyasət yürütməsi idi.  Nəticə etibarı ilə 1990-91-ci illər Azərbaycanın tarixində  qara səhifə açmaqla yaddaşımıza həkk olunmuşdu.

Xalq, o dövrün hakimiyyət nümayəndələrinin yarıtmaz siyasətinin qurbanı olduğunu artıq dərk edirdi.  

 

 

 

Tarixdə müdrikliyi ilə seçilən Azərbaycan Xalqı dağınıq vəziyyətdə olan Azərbaycanda qurtuluşun yolunu səriştəli və nüfuzlu bir siyasətçinin rəhbərliyində görürdü. Nəhayət ki, Xalq tarixi keçmişi olan, yüksək siyasi təcrübəyə malik, ictimai-siyasi nüfuzu ilə dünyada seçilən bir şəxsiyyətə-Heydr Əliyevə üz tutdu. Xalq Heydər Əliyevi səslədi, onun liderliyi altında gələcəyə doğru addımlamaq istədi.  Tarixi şəxsiyyət Heydər Əliyev xalqın bu istəyini qəbul etməyə bilməzdi.  Çünki Heydər Əliyev Xalqı, Xalq Heydər Əliyevi sevirdi.  Məhz xalqın tələbi ilə unudulmaz şəxsiyyət Heydər Əliyevin Azərbaycana gəlişi və hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyini real təhlükələrdən qurtardı. Ölkədə baş verən anarxiya, səfalət və aclığa son qoydu. Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın inkişaf və çiçəklənmə dövrü başladı.  Bir sözlə Azərbaycan xalqı dağınıq Azərbaycandan Yeni Azərbaycana doğru uğurla addımladı.  Tarixin Yeni Azərbaycan dönəmində Azərbaycanı bütün dünya tanıdı, ölkəmizə sərmayə qoyuluşunda axın başladı və Azərbaycan iqtisadi potensialı olan güclü dövlət olraq inkişaf etmiş ölkələr sırasına daxil oldu. Heydər Əliyev Siyasi Kursunun təməli dünyanın ən inkişaf etmiş ölkələrinin  Azərbaycanla barışmaq məcburiyyətində qoydu. Bax budur böyük siyasi iradə, uğurlu siyasət və yüksək nüfuzun nəticəsi !

Dahi şəxsiyyət Heydər Əliyev ölkədə Ümummilli birliyin təməl daşını qoydu və Siyasi Kursunu davam etdirmək üçün Azərbaycanı əmin əllərə etibar etməli idi.  Yüksək siyasi iradə sahibi olan Ulu Öndər uzun əsrli Siyasi Kursunu davam etdirmək üçün davamçı yetişdirməklə prezident ilham Əliyevi Azərbaycan Xalqına əmanət etdi. Xalq Dahi Şəxsiyyətin əmanətinə sahib çıxdı, onu sevdi, ona dəstək oldu. 

 

 

 

Xalqın sevgisindən və dəstəyindən güc alan prezident İlham Əliyev Azərbaycan dövlətinin daha da çiçəklənməsinin, inkişaf etməsinin təməlini qoydu. Prezident İlham Əliyev Yeni Azərbaycandan Müasir Azərbaycana doğru inkişaf strategiyasını seçdi və uğurla bu strategiyanı icra etdi.

Hər zaman xalqın yanında olan prezident İlham Əliyev, 30 il düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad edilməsi üçün ölkədə hərbi siyasi inkişaf metodikasını təkminləşdirdi. Yüksək siyasi iradəsi ilə  2020-ci ilə qədər düşmənə yerini  hər zaman göstərən prezident İlham Əliyev nəhayət ki, 2020-ci ildə savaş əmri verdi.  Xalq prezidentinin çağırışına dəstək verdi, gənclərimiz könüllü ordu sıralarına qatılmaqla Ali Baş komandanın ətrafında sıx birləşdi.  Ali Baş Komandan İlham Əliyevin dünyaya nümunə olan hərbi siyasi taktikasını, təkminləşmiş Azərbaycan ordusu böyük şücaət göstərərək uğurla həyata keçirdi.  Dünya tarixində 44 günlük müharibədə düşmənə diz çökdürən, düşmənin hərbi texnikalarını ələ keçirib özlərinə qarşı istifadə edərək ərazilərindən qovan, 44 günlük müharibədə qalib çıxan  və Azərbaycanın ərazi bütövlüyünü bəpa edən ikinci bir lideri kimsə görə bilməz.   Bu hərbi uğur yalnız  müasir Azərbaycanın tarixində yer alır. Dünya tarixində 44 günlük Vətən müharibəsinin Qalib Sərkərdəsi kimi iz qoyan yalnız müasir Azərbaycanın Ali baş Komandanı İlham Heydər oğlu Əliyevdir.

Prezident İlham Əliyevin adı  dünya tarixinə Müasir Azərbaycanın qurucusu kimi qızıl hərflərlə həkk olundu.  Müasir Azərbaycanın tarixində prezident İlham Əliyev Qalib Sərkərdə olaraq 44 günlük Vətən müharibəsinin Milli Qəhrəmanı və Müasir Azərbaycanın Qurucusudur.

Allah sizə qəni-qəni rəhmət eləsin Ulu Öndər. Əmanətinizi qorumaq bizim bir xalq olaraq borcumuzdur. Prezident xalqını, xalq Prezidentini sevir !

Müasir Azərbaycandan gələcəyə doğru İlham Əliyevlə irəli deyirik !

Ümid Teleradio yayım Şirkətinin

Prezidenti Rəhman Cəbiyev / Xüsusilə ÜmidTv üçün

 

 

 

 

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 4 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 8 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 0 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 1 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 2 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı