SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/291_heyd-r-liyev-siyasi-kursu-az-rbaycanin-ictimai-siy

SON XƏBƏR

Hamısı

Heydər Əliyev Siyasi Kursu, Azərbaycanın ictimai-siyasi həyatının qarantıdır– RƏHMAN CƏBİYEV

(3 Yil, 11 Ay öncə) 1,16 B İzlenme 0 Yorum
Ümummilli lider Heydər Əliyev, müstəqil Azərbaycanın memarı.

ÜMİDTV.com:    Ümummilli lider Heydər Əliyev, müstəqil Azərbaycanın memarı. 

Böyük bir keçmişi olan Azərbaycan bu günə qədər, tarixin ən ağır sınaqlarından keçib. Ağır sınaqlarla qarşılaşan Azərbaycan, tarixin hər dönəmində böyük itkilər verməklə adını unudulmaz bir tarixin ön səhifəsində həkk edib.

Azərbaycan xalqı tarixin hansı ağır dönəmlərini yaşamadı ki !

Xarici havadarlarının köməkliyi ilə Azərbaycan torpaqlarında özlərinə sığınacaq tapan ermənilərin bu torpaqlarda erməni dövləti yaratması da, bəzi tarixi şəxsiyyətlərimizin yol verdikləri tarixi səhvlərinin nəticəsidir. Rus İmperiayasının və bu imperiyanın əlinin çirkabı olan  erməni terror qruplaşmasının zaman-zaman  Azərbaycanın ərazisində qətliamlar törətməsi,  Azərbaycanın tarixi torpaqlarının işğalı da məhz bu tarixi səhvin bir nümunəsidir.

Sovet imperiayası dönəmində də ermənilərin bu tarixi missiyası öz işini görməkdə idi.  Azərbaycan Xalq Hərəkatının başladığı mitinqləri yatırtmaq üçün SSRİ hökumətinin Baş planında da keçmişi Azərbaycana xatırlatmaq dururdu. SSRİ hökuməti bu çirkin missiyasını məhz erməni  və paytaxt bakıda olan ermənipərəst qüvvələrin dəstəyi  ilə həyata keçirməyi planlaşdırmışdı.  Demək olar ki, planları baş tutdu.

Belə ki, 1987-ci ildən başlayan erməni terror qruplaşmasının fəaliyyəti  Sovet hökumətinin dəstəyi ilə günü-gündən genişlənməkdə idi.  Məhz   1990-cı ilin 20 yanvar tarixində Sovet imperiyası , daha doğrusu, sovet vətəndaşlarının humanist kimi qəbul etdiyi “QIZIL ORDU” Azərbaycanda, güya üsyanı yatırmaq adı altında dinc əhalini gülləbaran etdi. Azərbaycanın müxtəlif ərazilərində qətliamlar törədildi.  Azərbaycanın tarixində 20 yanvar 1990-cı il QARA YANVAR səhifəsini qanlı hərflərlə yazdı.  Qanlı yanvar facəsi dönəmində Xalq hərtəkatının liderlərindən həbs olunan olsa da, faciə günü burnu qannayan bir hərəkat lideri görünmədi.

Lakin həmin vaxt Rusiyada yaşayan, SSRİ Nazirlər Kobinetinin ikinci şəxsi olan Heydər Əliyev , bu qanlı faciəyə qəti etirazını bildirməklə qətiyyətli bir iradə nümaiş etdirdi.  Elə həmin gündən də Heydər Əliyev SSRİ hökuməti  tərəfindən nəzarətə götürüldü.  Bu Qanlı faciədən sonra , bu qətliamın əsas səbəbkarı olan Vəzirov  Bakıdan Moskvaya qaçdı.  Hakimiyyətə Ayaz mütəllimov gətirildi. Bununla barışmayan AXC-si  geniş miqyaslı mitinqlərin sayəsində hakimiyyəti ələ aldı və daha sonra Azərbaycan Xalq Cəbhəsi  hakimiyyəti ələ alaraq Prezident seçkilərinə getdi. Nəhayət Əbülfəz Elçibəy Azərbaycan Respublikasının 2-ci Prezidenti oldu.  

Azərbaycan xalqının bəlalı günləri yenə bitmədi.  Bir sözlə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ işğal olundu.  Həmin vaxt  ölkə daxilində kreslo davası gedirdi, əvəzində isə torpaqlarımız işğal olunurdu. Çarəsiz qalan xalq Heydər Əliyevi səslədi. Xalqın bu səsini də boğmağa çalışanlar kifayət qədər idi. Buna baxmayaraq xalqın çətin günündə Heydər Əliyev Azərbaycana gəldi və birbaşa doğulduğu Naxçıvana yola düşdü. Naxçıvan Ali Məclisinin sədri seçilən Heydər Əliyevin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası quruldu. Bu Partiyanın sıraları günü-gündən genişləndi.  Artıq Əbülfəz Elçibəy hakimiyyəti süquta  doğru irəliləyirdi.  Azərbaycan daxildən parçalanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı.  Həmin vaxt Azərbaycanın Prezidenti Əbülfəz Elçibət Xalqın təkidi ilə Heydər Əliyevi Bakıya dəvət etdi, özü isə Gəncədə  Dövlət çevrlişinə başlayan Surət Hüseynovun qarşısında tab gətirməyib  Naxçıvanın Kələki kəndinə üz tutdu.

Yaranmı vəziyyət Azərbaycan xalqının istəklərini yerinə yetirməyi tələb edirdi.  Məhz Xalqın təkidi ilə bu ağır yükü Heydər Əliyev öz üzərinə götürdü.  Milli Məclisə sədr seçilən Heydər Əliyev Ümumxalq səsverməsi yolu ilə Azərbaycan respublıkasının Prezidenti seçildi.  Həmin gün Azərbaycan xalqının qurtuluş günü oldu.  Ali lider ilk olaraq, ölkədə mövcud olan qıtlğı, döyüş bölgəsində atəşkəsin bərqərar olunmasını, Azərbaycanı daxili və xarici əks qüvvələrin təsirindən qorumalı idi və böyük iradə nümaiş etdirərək bu missiyanın öhdəsindən gəldi.  Nəhayət atəşkəs elan olundu, ölkə daxili  çaxnaşmaya son qoyuldu, ərzaq dükanlarının qarşısından növbələrə son verildi,  ölkədə sabitlik bərqərar olundu. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın ictimai-siyasi həyatında böyük bir uğurlu dönüş yarandı.  Heydər Əliyev özündən sonra xalqın əmin əllərdə qalması üçün də təşəbbüs göstərdi. Layiqlıi davamçısı olan İlham Əliyevi  yetişdirdi və Azərbaycan dövlətinə səriştəli və iradəli bir Dövlət Başçısı varis qoydu.  Bu gün Azərbaycan xalqı inkişaf  etmiş bir ölkənin vətəndaşlarıdırlar. Artıq dünya Azərbaycanla barışır. Azərbaycanı tanımayan bir ölkə və xalq yoxdur. Azərbaycan dünyanın aparıcı dövlətinə çevrilib. Aazərbaycanın daxili və xarici siyasəti bu gün də uğurla həyata keçirilir.

Bəli, bütün bunlar Heydər Əliyev Siyasi Kursunun əməli nəticəsidir.  Müasir Azərbaycanın memarı olan Heydər Əliyev Azərbaycan xalqının Ümimmilli lideridir.  Ümimmllli lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində daim yaşayıb və yaşayacaq. 
Azərbaycanın ictimai, siyasi vəı sosial həyatında önəmli rolu olan Heydər Əliyev Siyasi Kursu  Müasir Azərbaycan Dövlətinin qarantıdır !

Rəhman Cəbiyev / Ümid Tv Azərbaycan

 


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı