SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2784_bil-suvarda-s-hid-d-fn-olundu

REGİON

Hamısı

Biləsuvarda şəhid dəfn olundu

(1 Ay, 0 Gün öncə) 1,11 B İzlenme 0 Yorum
Biləsuvarda şəhid dəfn olundu

Biləsuvar rayonunda Vətən müharibəsində şəhid olmuş əsgər Qənbərli Vüsal İlkin oğlu dəfn edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, əvvəlcə rayonun Günəşli kəndində şəhidlə vida mərasimi keçirilib.

Sonra Vüsal Qənbərli doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, kənd sakinləri və rayon rəsmiləri iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

Qeyd edək ki, Vüsal Qənbərli 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Şəhidimiz Vətən müharibəsinə könüllü olaraq qatılmışdı və 2 aya yaxın idi ki, itkin hesab edilirdi.

Allah rəhmət eləsin!


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • Sabah paytaxt və ölkə ərazisində hava şaxtalı, küləkli və dumanlı olacaq. Diqqətli olun !
    11 Gün, 0 Saat öncə
BIST
15650,51
ALTIN
441,153-0,15
EURO
9,06010,35
DOLAR
7,4723-0,02
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 24 şəxs qatıldı