SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2773_at-t-in-minsk-qrupu-uzunmudd-tli-f-aliyy-tsizlik-v

SİYASƏT

Hamısı

ATƏT-in Minsk Qrupu: Uzunmüddətli fəaliyyətsizlik və yeni reallıqlar

(3 Yil, 4 Ay öncə) 1,35 B İzlenme 0 Yorum
ATƏT-in Minsk Qrupu: Uzunmüddətli fəaliyyətsizlik və yeni reallıqlar

Otuz ilə yaxın bir müddətdə davam edən, başlanğıcdan beynəlxalq sülhü və regional təhlükəsizliyi təhdid edən, Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını kobud şəkildə pozan, erməni silahlı qüvvələri tərəfindən çoxsaylı beynəlxalq cinayətlərlə müşahidə olunan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın müzəffər Ordusu son qoydu.

Burada ciddi maraq doğuran məsələlərdən biri də ondan ibarətdir ki, bəzi beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərin rəsmiləri və həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri artıq tarixə qovuşan münaqişənin guya hərbi vasitələrlə həlli yolunun olmaması barədə dəfələrlə bəyanatlar vermişlər. Belə bir yanaşma faktiki olaraq həmin dövrdə mövcud olan status quo-nun saxlanılmasından başqa heç nəyə xidmət etmirdi. Hətta Azərbaycan Ordusu əks-hücum əməliyyatları apararkən həmsədrlər dəfələrlə qeyd edilən məsələdə israrlı olduqlarını nümayiş etdirərək, münaqişənin həlli üçün qarşılıqlı kompromislərin qaçılmaz olduğunu bildirirdilər.

Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan qətiyyətli və prinsipial mövqeyi birmənalı olmuşdur - Azərbaycanın ərazi bütövlüyü ümumiyyətlə müzakirə mövzusu deyil. Məhz belə bir mövqe həmçinin BMT-nin Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamədə öz əksini tapmışdır və bu mühüm sənədlərin hər birində birmənalı olaraq, ölkəmizin suverenliyi və ərazı bütövlüyü təsdiq edilirdi, digər tərəfdən beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyi vurğulanırdı. Təəssüf ki, nə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, nə ATƏT-in qərarları uzun illər ərzində həyata keçırılmədi və bu fakt beynəlxalq təşkilatların fəaliyyət qabiliyyətsizliyinin əyani sübutu olmdu.

Eyni zamanda çox maraqlı bir məqamı da xatırlatmak yerinə düşər.

14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazılərində vəziyyət” adlanan 62/243 saylı qətnamə qəbul edilərkən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bu mühüm sənədin əleyhinə səs vermişlər. Qətnamənin mətninə müraciət edəndə aydın olur ki, bu sənədin beynəlxalq hüquq prinsiplərinə əsaslanması ümumiyyətlə heç bir sual doğurmurdu.

Qətnamədə Azərbaycan Respublikasının beynəlxalq sərhədləri çərçivəsində suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində göstərilən işğalçı qüvvələrin Azərbaycanın ərazisindən “dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması”, heç bir dövlət tərəfindən işğal nəticəsində yaranmış vəziyyətin tanınmaması və belə vəziyyətin davam etməsinə səy göstərməməsi və s. mühüm məsələlər əksini tapmışdır.

Burada sual olunur ki,  62/243 saylı qətnamənin əleyhinə çıxan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri BMT Nizamnaməsində təsbit edilmiş məqsəd və prinsipləri nəyə görə bir kənara qoyub, işğalçı Ermənistanın yanında yer almağa üstünlük vermişlər? Nəyə görə həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini, məsələn, silah embarqosunu, tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yummuşlar, müharibə cinayəti kimi tövsüf olunan qanunsuz məskunlaşmanın və işğal altinda olan ərazilərdə demoqrafik vəziyyətin dəyişdirılməsının qarşısının alınması üçün lazımi addımlar atmamışlar?

Belə görünür ki, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması beynəlxalq vasitəçiləri daha çox qane edib. Ancaq hər bir halda nəzərə almaq lazım idi ki, Azərbaycan heç zaman mövcud vəziyyətlə razılaşmayacaq və öz torpaqlarını işğaldan azad edəcək.

Ölkəmizin parlaq qələbəsi fonunda regionda yeni reallığın yaranmasını nəzərə alaraq, ATƏT-in Minsk qrupunun mandatının Azərbaycanın mövqeyindən asılı olması artiq qaçılmaz faktdır. 

Nizami Səfərov

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı