Fransa yığmasının və PSJ klubunun sabiq baş məşqçisi Loran Blanın işsiz günləri başa çatıb.
5 yaşlı mütəxəssis bundan sonra Qətərdə fəaliyyət göstərəcək.
Fransa mətbuatının iddiasına görə, Blan “Əl-Rayan” klubu ilə anlaşıb.
Qeyd edək ki, fransız məşqçi futbolçu karyerası ərzində dünya (1998) və Avropa çempionu (2000) olub.