SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2495_olk-nin-s-naye-s-hasind-m-hsul-istehsali-azalib

İQTİSADİYYAT

Hamısı

Ölkənin sənaye səhasində məhsul istehsalı azalıb

(3 Yil, 4 Ay öncə) 636 İzlenme 0 Yorum
Ölkənin sənaye səhasində məhsul istehsalı azalıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz az sənaye məhsulu istehsal edilib. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,4 faiz azalması hesabına baş verib. Sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,4 faiz artıb.

Sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda, 33,2 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6,4 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,4 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 86,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 51,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 47,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 42,1 faiz, geyim istehsalı 41,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,2 faiz, kağız və karton istehsalı 37,7 faiz, tütün məmulatlarının istehsalı 27,1 faiz, tikinti materiallarının istehsalı 24,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 21,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20 faiz, kimya sənayesi məhsullarının istehsalı 19,5 faiz, elektrik avadanlıqlarının istehsalı 17,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 9,6 faiz, maşın və avadanlıqların istehsalı 8 faiz, hazır metal məmulatlarının istehsalı 4,2 faiz artıb. Qida məhsullarının istehsalı 1 faiz, neft məhsullarının istehsalı 1,8 faiz, poliqrafiya məhsullarının istehsalı 3,2 faiz, içkilərin istehsalı 10,3 faiz, mebel istehsalı 25,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44 faiz azalıb. 

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,9 faiz azalıb


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı