SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/242_-c-za-t-dbirl-rini-s-rtl-sdirin-ilham-liyev-tapsir

RƏSMİ

Hamısı

“Cəza tədbirlərini sərtləşdirin” - İlham Əliyev tapşırıq verdi

(3 Yil, 11 Ay öncə) 1,06 B İzlenme 0 Yorum
“Bir çox inkişaf etmiş ölkələrdə vəziyyət acınacaqlıdır, böhranlıdır. O ölkələr bilmirlər ki, bu böhranla necə bacarsınlar.

ÜMİDTV.com:    “Bir çox inkişaf etmiş ölkələrdə vəziyyət acınacaqlıdır, böhranlıdır. O ölkələr bilmirlər ki, bu böhranla necə bacarsınlar.  Azərbaycandan fərqli olaraq... Amma digər tərəfdən, biz görürük ki, o ölkələrdə, inkişaf etmiş ölkələrdə, məsuliyyət və nizam-intizam yüksək səviyyədə olan ölkələrdə onlar məsafə saxlayırlar. Televizorda biz görürük, haradasa növbə varsa, adamlar arasında 1,5-2 metr məsafə saxlayırlar, maska taxırlar”. 

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında iştirak edən zaman deyib.

Dövlət başçısı ölkədə bəzi insanların koronavirusa qarşı tətbiq olunan qaydalara məsuliyyətsiz yanaşmasından danışıb:

“Amma bizdə məsafə saxlayan var? Açın, istənilən kanalı baxın, dünən mən baxmışam. Bankın qabağında bir-birinin yanında durublar, maska taxmayıblar. Müxbirlər soruşurlar ki, nə üçün maska yoxdur? Elə bil ki, uşaqdırlar, məktəb uşaqlarıdır, min cür bəhanə gətirirlər, “ay yadımdan çıxdı”, “ay havada maska lazım deyil”, “ay cibimdədir”. Belə şeyə biz dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir. 

Belə adamlara qarşı ciddi cəza tədbirləri olacaq. Bütün aidiyyəti orqanlara bu gün müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin! Biz vətəndaşları qorumalıyıq. Hansısa intizamı pozan, məsuliyyətsiz adama görə, imkan verə bilmərik ki, vətəndaşlarımız ölsün, xəstələnsin. Ona görə bu qaydalara hər kəs riayət etməlidir. Özü də bundan sonra uzun müddət ərzində...”


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı