SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2361_-qarabagin-m-shur-mu-lliml-ri-tofiq-haciyev

ELM VƏ TƏHSİL

Hamısı

“Qarabağın məşhur müəllimləri” - Tofiq Hacıyev

(3 Yil, 5 Ay öncə) 1,10 B İzlenme 0 Yorum
“Qarabağın məşhur müəllimləri” - Tofiq Hacıyev

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması görkəmli alim, “Şöhrət” ordenli Tofiq Hacıyevdir. 

Dilçi, türkoloq-alim, Azərbaycanın maarif naziri vəzifəsində çalışmış Tofiq Hacıyev 1936-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub.

 

Tofiq Hacıyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında nüfuzlu dilçi alim kimi tanınıb.

Akademik Tofiq Hacıyevin həyat yoluna nəzər saldıqda onun milli təəssübkeş ziyalı, təpədən dırnağa qədər əsl elm adamı olduğunu görürük. Sağlığında ədəbi məktəb yaratmış alimlərdəndir. Tofiq Hacıyev müəllim- pedaqoq kimi də sevilib.

Türkiyəli alim Yavuz Donat “Hocaların hocası” məqaləsində akademik Tofiq Hacıyevdən bəhs edərkən Azərbaycanda ona "Hocaların hocası (“Müəllimlərin müəllimi”) kimi xitab olunduğunu haqlı olaraq vurğulayır.

 

Tofiq Hacıyev ədəbi məktəbinin nümayəndələri müxtəlif sahələrdə tədqiqatlar apararaq, dilçiliyimizi inkişaf etdirirlər.

Tofiq Hacıyev 1962-1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) müəllim və dosent vəzifələrində çalışıb, 1968-ci ildən isə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətini davam etdirib. Nəsimi adına Dilçilik İnstitutunun direktoru işləyib.

 

1984-cü ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri vəzifəsində çalışıb. 1993-cü ildə Azərbaycanın maarif naziri vəzifəsində işləyib, təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 6 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 10 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 2 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 3 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 4 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı