SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2358_-isimizin-keyfiyy-t-gost-ricisi-bank-proqramlarini

MÜSAHİBƏ

Hamısı

“İşimizin keyfiyyət göstəricisi bank proqramlarının fasiləsiz işləməsidir” - Qadın İT mütəxəssisi ilə MÜSAHİBƏ

(3 Yil, 4 Ay öncə) 927 İzlenme 0 Yorum
“İşimizin keyfiyyət göstəricisi bank proqramlarının fasiləsiz işləməsidir” - Qadın İT mütəxəssisi ilə MÜSAHİBƏ

Rabitəbankın Proqramlara dəstək şöbəsinin rəisi Pərvin Mürvətova bankların proqram təminatı, təhlükəsizliyi barədə Oxu.Az-ın suallarını cavablandırıb.

- Pərvin xanım, banklarda hansı Bank proqram təminatından istifadə olunur?

- Hər bir bank üçün istifadə olunan bank proqramı xüsusi əhəmiyyət daşıyır. Çünki bütün bank əməliyyatları, müştəri xidmətindən tutmuş bankın digər strukturlarının işi bank proqramı vasitəsilə həyata keçirilir. Proqramın istifadəsinin rahat və anlaşılan olması çox vacibdir.

Ölkəmizdə bir çox banklarda Flexcube, Temenos T24, GNI və s. kimi alınma bank proqramlarından istifadə olunur. Bunun bir çox üstünlüyü olsa belə, müəyyən çətinlikləri də var.

Lakin bizim Rabitəbankda istifadə etdiyimiz əsas bank proqramı tamamilə daxili resurslar hesabına, bank əməkdaşları olan proqramçılarımız tərəfindən hazırlanıb. Proqram öz proqramistlərimiz tərəfindən hazırlanıb və daim təkmilləşdirilir. Əsas bank proqramının başqa sözlə CoreBanking proqramının daxildə hazırlanması biznesin tələblərinə uyğun olaraq istənilən dəyişikliyi çox qısa zamanda, operativ təmin etməyə imkan verir.

Təbii ki, bu proses hər nə qədər maraqlı olsa belə, bir o qədər də məsuliyyətli işdir. Hər bir yeni məhsul və ya layihə istifadəyə verilməzdən öncə bir çox test mərhələlərindən keçir və biz proqramlara dəstək şöbəsi olaraq bütün bu prosesin mərkəzində yer alırıq. Corebanking proqramına dəstəyin verilməsi bizim şöbə əməkdaşlarının əsas vəzifə öhdəliyidir. Rabitəbankın istənilən biznes və ya dəstək strukturunun corebanking ilə bağlı soğruları peşəkar komandamız tərəfindən operativ şəkildə icra edilir. Bizim işimizin əsas keyfiyyət göstəricisi bank proqramlarının və dolayısı ilə bankın fasiləsiz və kəsintisiz fəaliyyət göstərməsidir.

- Təchiz edilmiş serverlərin texniki göstəriciləri bu proqramın fasiləsiz işləməsinin təmin olunması və ya digər maneələrin yaranmaması üçün hər hansı risk yaratmır ki?

Bank üçün məlumatların saxlanıldığı serverlərin güvənilir və yüksək parametrli olması çox vacibdir. Əsas serverlərdən əlavə bankımızın yüksək parametrli stanby serverləri də mövcuddur ki, bu da mümkün risklərin qarşısını almaq məqsədi güdür. Serverlərimizə nəzarət bank əməkdaşları olan Məlumat bazası administratorları (database admins) tərəfindən həyata keçirilir. Bəzi serverlərə bizim şöbə əməkdaşları bəzilərinə isə Proqramların inkişafı şöbəsi nəzarət edir.

- Proqram təminatının ümumiyyətlə bu sahədə reytinqi, dayanıqlığı və təhlükəsizliyi (o cümlədən Bank sirrinin qorunmasında etibarlılığı) barədə danışardız zəhmət olmasa.

- Rabitəbankın corebanking proqram təminatı və o cümlədən hazırda bankda istifadə edilən bir sıra digər daxili proqramlar bankın öz məhsulu olduğu üçün onların alqoritm təhlükəsizliyi, elastikliyi və operativliyi çox yüksək səviyyədədir. Bank sirrinin qorunması bizim üçün ən əsas təhlükəsizlik məsələlərindən biri olduğundan bu prosesdə beynəlxalq təcrübədən çıxmış təhlükəsizlik protokolları tətbiq edilir, həm əməkdaşlar, həm də təhlükəsizlik şirkətləri tərəfindən mütəmadi stress testlər keçirilərək yoxlanılır və təkmilləşdirmələr aparılır. Bankımızın hazırda istifadə etdiyi proqram sırf bizim daxili tələbləri ödəmək üçün formalaşdığından unikal bir məhsuldur və bu səbəbdən sözügedən proqram təminatına hər-hansı bir reytinq vermək doğru olmaz.

- İT departamentinə əməkdaş seçimi zamanı əsasən hansı kriteriyalara üstünlük verirsiniz?

- Ümumilikdə İT departamentlərinə və xüsusi ilə də bizim şöbəyə yeni əməkdaşların seçimində dörd əsas xüsusiyyətə önəm veririk. Bu xüsusiyyətlər, yüksək məntiq, məsuliyyət, özünü inkişafa meyl, və səmimilikdir. İşimizin tələblərinə uyğun olaraq əməkdaşların hər birindən yüksək məntiq və sürətli düşünmə tələb edilir. Yazdığımız hər sətir kod bankın fəaliyyətinə təsir etdiyi üçün əməkdaş həm də məsuliyyətli olmalıdır. İT sahəsi ümumilikdə proqressiv və sürətlə inkişaf edən sahədir, yəni, sizin bir neçə il öncə öyrəndiyiniz biliklər artıq köhnəlmiş sayılır, bu səbəbdən öz üzərində daim işləyən əməkdaşlar hər zaman bir addım öndə olurlar. Səmimilik isə komandada iş, gündəlik ünsiyyət zamanı çox vacibdir. Biz günümüzün səkkiz saatını bəzən isə daha çox vaxtını işdə keçiririk və bu müddət ərzində bir-birimizlə ünsiyyətdə oluruq. Bu səbəbdən mütəmadi ünsiyyətdə olduğumuz insanların peşəkar xüsusiyyətləri ilə yanaşı şəxsi keyfiyyətlərinin də yüksək olması bizim üçün çox önəmlidir.

- Bankda çalışırsınız. Bir qadın İT mütəxəssisinə bu faktor hansı çətinliklər yaradır?

- Təbii ki, İT asan sahə deyil, xüsusilə xanımlar və ələlxüsus ailəli xanımlar üçün. Bunun çox fərqli səbəbləri var, ilk öncə heç kimə sirr deyil ki, xanımların çiyinlərinə daha çox məsuliyyət düşür, ailə, ev və işi balanslaşdırmaq o qədər də asan deyil. Lakin düşünürəm ki, insan kişi və ya qadın olmağından asılı olmayaraq, öz işini sevirsə, bütün çətinliklərə sinə gərə bilər. İT sahəsində işləmək mənə zövq verir, öz işimi sevirəm, bəlkə də hər hansı başqa sahədə işləsə idim indi olduğum qədər xoşbəxt olmazdım. Necə deyərlər, xoşbəxt o insandır ki, səhər işinə tələsir, axşam isə evinə (gülür). Əlbəttə ki, hər sahənin olduğu kimi, bizim sahənin də müəyyən çətinlikləri olur, bəzən olur ki, özünə, ailənə istədiyin qədər vaxt və diqqət ayıra bilmirsən. Lakin düşünürəm ki, sevgi olduğu yerdə bütün çətinliklər müvəqqətidir, hər nə qədər çətin olsa da, İT sahəsini seçdiyimə bir gün belə olsun peşman olmamışam, çətinlik olduğu yerdə mütləq inkişaf var.

- Hər hansı bir problem ortaya çıxanda onun çevik həlli üçün hansı asan mexanizmlərə üstünlük verirsiniz?

- Problemli vəziyyətlərdə qərarvermə çox situativdir. İşimizin tələblərinə uyğun olaraq hər gün müxtəlif problemlərlə qarşılaşırıq və onları operativ şəkildə həll etmək bizim işimizin ayrılmaz hissəsidir. Bizim əsas istifadə etdiyimiz metodika, problem yarandığı zaman onu lokallaşdırmaq və lazım olduqda digər daha təcrübəli əməkdaşların biliklərinə baş vurmaqdır. Bizim departamentdə belə bir yazılmamış qayda var, həlli olmayan problem yoxdur və məsləhətləşərək, müzakirə edərək bütün problemləri ortadan qaldırmaq olar. Az öncə qeyd etdiyimiz səmimilik və əla iş mühiti burada öz sözünü deyir. Hər hansı bir problem yarandıqda heç kim öz yaxasını kənara çəkmir, mümkün qədər kömək etməyə çalışır. Düşünürəm ki, bizi güclü edən də, qısa müddət ərzində bizə böyük uğurlar qazandıran da məhz bu xüsusiyyətdir.

- Mütəxəssislər, demək olar ki, 24 saat aktiv həyat tərzi keçirirlər. Bu, qadın üçün hansı çətinlikləri yaradır? Üstəlik, bankda çalışırsınız və bu, o deməkdir ki, hər an müdaxilə zərurəti ortaya çıxan problemlər ola bilər. Bunu necə planlaşdırırsınız? Növbəli iş sistemi ilə, yoxsa problemin bir nəfər tərəfindən həllinə qədər gözləyirsiniz?

- Təbii ki, işimiz çox ciddi, məsuliyyətli və gərgindir. Elə günlər olub ki, ani həll tələb etdiyindən biz bütün gecə komanda yoldaşlarımızla birgə yaranmış problemi aradan qaldırmaq üçün həll axtarmışıq. İşimizin gözəl tərəflərindən biri odur ki, evdən də işləyə bilirik, bu da bir çox problemlərimizi fiziki olaraq ofisə getmədən həll etməyə imkan verir. Çünki bəzi hallarda problemlər məhz qeyri-iş saatlarında baş verir və ani həll tələb edir. Bir çox gərgin işləri və ya gün ərzində yaranan problemləri biz əməkdaşlarla növbəli şəkildə həll edirik, müəyyən vaxtlar isə plansız baş verən gözlənilməz hadisələr olarsa, əməkdaşlar işə uzaqdan qoşularaq onu həll edirlər.


Diqqətinizi çəkə bilər

Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı