SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2297_h-kim-reanimatoloq-olk-d-koronavirusla-bagli-v-ziy

SAĞLAMLIQ

Hamısı

Həkim-reanimatoloq: “Ölkədə koronavirusla bağlı vəziyyət kritik, hətta acınacaqlıdır”

(3 Yil, 4 Ay öncə) 1,17 B İzlenme 0 Yorum
Həkim-reanimatoloq: “Ölkədə koronavirusla bağlı vəziyyət kritik, hətta acınacaqlıdır”

“Ölkədə koronavirusla bağlı vəziyyət kritik, hətta acınacaqlıdır, deyərdim. Yoluxma sayı gündə üç-dörd mini keçir və bunlar yalnız testdən keçənlər, yəni rəsmi statistik məlumatdır. Ancaq heç bir ağırlaşma olmadığı üçün bunun adi bir qrip olduğunu düşünərək, evdə müalicə alanlar da var”.

Bu barədə Bakının modul tipli xəstəxanalarından birinin reanimasiya həkimi, ardıcıl altıncı aydır koronavirus xəstələrini müalicə edən Rəsul Fətəlibəyli Media.Az-a müsahibəsində deyib.

 

 

O, indiki yoluxma zamanı ağciyər zədələnməsinin daha böyük sahələri əhatə etdiyini vurğulayıb.

“Əvvəllər ağciyərlərin 15 faiz zədələnməsini çox böyük hesab edirdiksə, indi bu nisbət günümüzdə qarşılaşdığımız 70-80 və hətta 90 faiz nisbəti ilə müqayisədə çox azdır. Biz həkim olaraq hər kəsə kömək etməyə çalışırıq, amma imkanlarımız məhduddur.

Evdə müalicə alanlar üçün nəinki oksigen aparatı və ya ağciyərlərin süni ventilyasiyası cihazı, hətta bəzi antiviral dərmanlar tapmaq da, demək olar ki, mümkün deyil. Yəni vəziyyət çox çətindir”.

Həkimin sözlərinə görə, modul tipli xəstəxanada iş hər gün səkkiz saat olmaqla, üç növbəyə bölünür. Xəstələrin sayı isə o qədər çox olur ki, hətta oturmağa və çay içməyə vaxt tapa bilmirlər. O xəstələrin sayının bu qədər çox olmasını insanların xəstəliyin əvvəlində onun bu qədər sürətlə inkişaf edəcəyini gözləməmələri ilə əlaqələndirib.

Reanimotoloq əvvəlki dövrlə müqayisədə, xəstələrin yaşında da fərqliliyin olduğunu vurğulayıb.

“Ciyərlərinin 40 faizi zədələnən ən gənc xəstəmizin 27 yaşı var idi. Epidemiya ilk başlayanda buna heç yaxın göstərici yox idi, bu cür xəstələrə yayda da rast gəlməmişəm. Bu gün xəstələrimiz, əsasən, 45 və daha çox yaşı olanlardır”, - deyə o, sözlərini yekunlaşdırıb.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı