Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Əliyeva Aidə İlqar qızı müxtəlif bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.