SİZİN ÜMİD YERİNİZ

Səhifə ünvanı : http://www.umidtv.com/haber-detay/2157_-agyoxus-qizil-yatagi-istismara-verildi-foto

İQTİSADİYYAT

Hamısı

“Ağyoxuş” qızıl yatağı istismara verildi - FOTO

(3 Yil, 5 Ay öncə) 4,81 B İzlenme 0 Yorum
“Ağyoxuş” qızıl yatağı istismara verildi - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) regionlarda yeni mədənlərin işə salınması, iqtisadi səmərəliliyinin artırılması istiqamətində fəaliyyətini davam etdirir. 

QSC-dən verilən məlumata görə, Prezident İlham Əliyev martın 19-da ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi haqqında imzaladığı sərəncamına uyğun olaraq QSC tərəfindən nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində Daşkəsəndə yerləşən Çovdar Filiz Emalı Sahəsinin bazasında Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin (ÇİRES) yaradılması qərara alınıb. 

Layihənin icrası ilə tanışılıq məqsədilə noyabr ayının 28-də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və İqtisadiyyat nazirinin müavini, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf Çovdar Filiz Emalı Sahəsində olublar. 

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov layihə barədə ətraflı məlumat verib.

O qeyd edib ki, emal sahəsinin yaradılmasının əsas məqsədi istehsal prosesində mövcud maddi-texniki resurslardan mərkəzləşləşdirilmiş qaydada istifadə edilməklə müstəqil şəkildə iqtisadi səmərəsizlik riski daşıyan yataqların iqtisadi səmərəliliyinin təmin edilməsidir.

ÇİRES-in fəaliyyəti layihələrin kapital və əməliyyat xərclərinin azaldılması, istehsal proseslərinin davamlılığının təmin edilməsi ilə yanaşı, həm də ətraf mühitə təsirlərin azaldılması və bölgədə iqtisadi fəallığın artırılmasına xidmət edir. 

Tədbirdə layihənin icrasının ilkin mərhələsi olaraq 2017-ci ildə “AzerGold”un geoloqları tərəfindən “Çovdar” yatağının yaxınlığında kəşf edilən və cari ilin iyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən faydalı qazıntı ehtiyatları üzrə dövlət balansına daxil edilən “Ağyoxuş”un istismara verilməsi üzrə görülən işlər barədə geniş bəhs edilib.

Qeyd edilib ki, hazırda “Ağyoxuş” yatağının birinci mərhələsi (“Ağyoxuş 1”) üzrə hasilat işlərinə başlanılır. “Ağyoxuş” nisbətən kiçik yataq hesab edilsə də, hazırda fəaliyyətdə olan “Çovdar” mədəninə yaxınlıqda yerləşməsi bu yatağın əlavə kapital qoyulmadan, eləcə də, yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına şərait yaradır.  

Zakir İbrahimovun sözlərinə görə, “Ağyoxuş” yatağının işlənməsi üç istismar mərhələsindən ibarət olacaq (“Ağyoxuş 1”, “Ağyoxuş 2” və “Ağyoxuş 3”) və bütün mərhələlərin icrası Çovdar İnteqrəedilmiş Regional Emal Sahəsində həyata keçiriləcək.

2022-ci ilin sonuna qədər “Ağyoxuş” yatağının üç mərhələsi ilə yanaşı “Çovdar” yatağının sulfid hissəsi üzrə hasilatından, eləcə də yaxınlıqda yerləşən digər - “Mərəh”, “Tülallar”, “Narçala” yataqlarının istismarından əldə ediləcək filizlərin də məhz burada emal edilməsi nəzərdə tutulur. 

Tədbir çərçivəsində “Ağyoxuş” yatağında süxurların ilk dəfə partladılması prosesi həyata keçirilib. Partladılan filizlər emal üçün “Çovdar” sahəsinə daşınıb və buradakı mövcud emal xətti və digər istehsal infrastrukturundan istifadə edilməklə ilk dəfə emal edilib.

Qeyd edək ki, “Ağyoxuş” layihəsinin icrası bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək. Yatağın bütün mərhələlərinin istismarı çərçivəsində 100-dən çox daimi iş yerinin açılması planlaşdırılır. 

Xatırladaq ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətin sədr müavini Oqtay Məmmədov Oxu.Az-a özəl açıqlamasında “Ağyoxuş” qızıl yatağında hasilat işlərinə hazırlıq görüldüyünü, cari ilin sonuna qədər istismara veriləcəyini bildirmişdi.


Şərh Yaz

ŞƏRHLƏR

Daha əvvəl heç kim bu xəbərə münasibət bildirmədi.
İndi ilk rəyi yazın!

ELAN VƏ XƏBƏRDARLIQ

Hamısı
  • KEÇMİŞ VƏ HAZIRKI ƏMƏKDAŞLARIN, HƏMÇİNİN VƏİFƏLİ ŞƏXSLƏRİN NƏZRİNƏ ! ÜmidTv Azərbaycan kanalının xidməti vəsiqələri QR kodla şifrələnməklə dəyişdirilmişdir. QR kodu olmayan Xidməti vəsiqələr ÜmidTv Azərbaycan kanalına məxsus deyil. Keçmiş işçilər tərəfindən təhvil verilməyən vəsiqələrdə QR kod mövcud deyil və həmin vəsiqələr etibarsızdır, həmin vəsiqələri daşıyanların kanala heç bir aidiyyatı yoxdur və istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə hallarla qarşılaşan vətəndaşlardan, vəzifəli şəxslərdən aşağıdakı əlaqə telefon nömrəsinə zəng vurmaqla məlumat vermələri xahiş olunur. QR kodu olmayan vəsiqələr etibarsızdır! Keçmiş vəsiqələri özündə saxlayan keçmiş əməkdaşlardan xidməti vəsiqələri 10 gün müddətində şirkətə təhvil vermələri tələb olunur ! Əks təqdirdə istifadə etdikləri halda məsuliyyət daşıyacaqlarını unutmamalıdırlar !!! Əlaqə üçün: +(994) 50: 549-08-68
    2 Yil, 5 Ay öncə
  • ÜmidTv Azərbaycan kanalının xüsusi müxbiri Sevda Bəxtiyarqızının atası, Əməkdar müəllim Bəxtiyar Tanrıverdiyev vəfat edib. Sevda xanıma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.
    2 Yil, 9 Ay öncə
  • DİQQƏT: ÜmidTv Azərbaycan kanalında müqavilə əsasında xidmət göstərməyi öhdəsinə götürmüş, lakin öhdəliyi icra etməməsi səbəbindən birtərəfli qaydada Müqavilələrə xitam verilmiş əməkdaşların nəzərinə bir daha çatdırılır ki, xidməti vəsiqələrini şirkətə təhvil versinlər. Xatırladırıq ki, həmin xidməti vəsiqələr rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir. Həmin vəsiqələrdən istifadə edilməsi Qanunla məsuliyyətə səbəb olacaqdır. Nəzərə almağınız xahiş olunur.
    2 Yil, 1 Ay öncə
  • DİQQƏT: Məlumat üçün bildiririk ki, ÜmidTv Azərbaycan kanalı ilə Əməkdaşlıq Sazişi əsasında təhsildən ayrılmamaq şərti ilə əməkdaşlıq edən Məmiyev Elcan Rövşən oğluna verilmiş xidməti vəsiqə itdiyi üçün rəhbərliyin müvafiq Əmrinə əsasən etibarsız hesab edilmişdir.
    2 Yil, 2 Ay öncə
  • Bu gün xeyirsevərliyi ilə hər kəsin sevimlisinə çevrilmiş, peşəkar tanınmış tele jurnalist, gözəl dost, səmimi insan Hacı Nuran Hüseynovun doğum günüdür. Kollektivimiz adından Hacı Nuran Hüseynovu təbrik edir, həyatda can sağlığı, fəaliyyətində uğurlar arzu edirik.
    2 Yil, 3 Ay öncə
SÜPER LİG
XƏBƏR LENTİ
Arxiv
QƏZET BAŞLIQLARI
KARİKATURA
Anketlər
Saytımızı qənaətbəxş hesab edirsinizmi ?
Bu anketə toplam 44 şəxs qatıldı